Amerikanın CNN kanalı Rusiyada yayımını dayandırır


Amerikanın CNN kanalı  Rusiyada yayımını dayandırır
Amerikanın CNN International kanalı 31dekabr 2014-cü il tarixindən Rusiyanın kabel şəbəkələrində yayımını dayandırır. Bu haqda Turner Broadcasting System Europe teleçirkətinin başçısı məlumat verib.

“Bu məktubla sizi xəbərdar edirik ki, Turner 31 dekabr 2014-cü il tarixindən CNN International kanalının RF ərazisində yayımını dayandırır””, – göndərilən məktubun mətnində yazılanlardan TASS agetnliyi xəbər verib.

CNN-nin yadığı kabel və sputnik kanallar “”Akado””, “”Vımpelkom””, “”NTV+”” və başqalarıdır. “”Akado”” və “”Vımpelkom””da CNN-in rəhbərliyindən belə bir məktub aldıqlaırnı təsdiqləyiblər.

Turner Broadcasting System Europe bu qərarının səbəbini bildirməyib. Roskomnadzorun nümayəndəsi Vadim Ampelonski təşkilatın CNN-nin Rusiyadan çıxmasıyla əlaqəsi olmadığını deyib. “”Telekanalların yayımının dayandırılmasını CNN-nin səhmdarlarından soruşmaq gərəkdir””,- Ampelonski belə hesab edir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir