Amerikanın vitse-prezidenti Türkiyədən üzr istədi


Amerikanın vitse-prezidenti Türkiyədən üzr istədi
Amerikanın vitse-prezidenti Jo Bayden Harvard universitetində çıxışı zamanı bir sıra ərəb ölkələri ilə yanaşı Türkiyənin də “İslam dövləti”” terror qruplaşmasına maaliyyə yardımı etdiyini söyləmişdi.

Frans-Press agentliyinin məlumatına görə Amerikalı siyasətçi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Suryadakı “”İslam dövləti”” yaraqlılarına maaliyyə yardımı etdiyini söylədiyinə görə üzr istəyib.

Türkiyə prezidenti Amerikanın vitse-prezidentinin 4-cü günü Harvard universitetindəki çıxışı zamanı bu söylədiyi sözləri qəzəblə qarşılamış, “”Kimsə Türkiyəni İŞİD də daxil olmaqla, terrror təşkilatlarına yardım etməkdə süçlaya bilmz””-deyə bildirmişdi.

Agentliyin məlumatına görə Türkiyə prezidenti ilə telefon söhbətində Jo Bayden ölkəsinin ünvanıa səsləndirdiyi bu ittihamdan dolayı peşmançılığını bildirib və Ərodğandan üzr istəyib. Vitse-perzident aydin ifadə edib ki, ABŞ şərait və qurbanları diqqətə alaraq müttəfiqlərini və “”İslam dövləti”” ilə mübarizə aparan bütün ortaqlarını, o cümlədən Türkiyəni yüksək qiymətləndirir.

Türkiyə parlamenti 4-cü gün hökümətin Suriya və İraq ərazisində terrroçulra qarşı hərbi müdaxilə etməsi təklifini qəbul edib. Türkiyə höküməti bir il ərzində sərhədyanı əməliyyatlarda silahlı qüvvələrdən istifadə edə və məqsədlə ölkəsində xarici ölk silahlı qüvvələrinin yerləşdirilməsinə icazə verə bilər.

Məhəmməd Məmmədov
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir