AMİİF fondu «Hər evdə bayram» xeyriyyə aksiyasına başladı


AMİİF fondu «Hər evdə bayram»  xeyriyyə aksiyasına başladı
Azərbaycan mədəniyyətinin intibahı və inkişafı fondu “Səda” uşaqlara yardım xeyriyyə mərkəzi ilə birlikdə müqəddəs Qurban bayramının başlaması münasibətilə “Hər evdə bayram” xeyriyyə aksiyasına başladı.

Xeyriyyə aksiyasından yığılan vəsait müsəlmanlara və Qarabağ müharibəsində şəhid olan ailələrinə və bu bayram günündə ehtiyacı olanlara xərclənəcək.

Biz sizinlə günündən və ayından asılı olmayaraq evimizdə, restoranlarda ət yeməklərindən istifadə edirik. Amma elə insanlar var ki, hətta bayram günlərində belə özlərinə və əzizlərinə ət ala bimirlər.

Kim bu xeyirxah aksiyadan kənarda qalmaq istəmirsə, xahiş edirik 8(965)448-03-03 nömrəli telefonla əlaqə saxlasınlar.

Aksiya 10 oktyabra kimi davam edəcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir