Amur vilayətində 3 əsgər yoldaşını güllələyən Həsən Abdulvahabov öldürüldü


Amur vilayətində 3 əsgər yoldaşını güllələyən Həsən Abdulvahabov  öldürüldü
Amur vilayətində poliqonda hərbi xidmət yoldaşlarını oldürən Həsən Abdulvahabov saxlanılan zaman güllələnib. Bu haqda RİA Novosti Şərq hərbi dairəsinin nümayəndəsinə istinadən xəbər verib.

“Şərq hərbi dairəsinin döyüş qarnizonu antiterror bölməsi axtarış əməliyyatı tədbirləri zamanı Amur vilayətində poliqon ərazisində qalan silahlı hərbi qulluqçunun yerini müəyyən edib. Saxlanılan zaman silahlı müqavimət göstərib və nəticədə ölümcül yaralanıb””-deyə məlumatda bildirilir.

Hərbi qulluqçu Amur vilayətinin Beloqorsk poliqonunda əsgər yoldaşlarına avtomatdan atəş açıb. Bundan sonra avtomat və 120 patron götürərək hadisə yerindən qaçıb. Əsgərlərə hücum edənin şəxsiyyəti müəyyən edilib. O,, 23 yaşlı Dağıstan sakini Həsən Abdulvahabovdur.

Onun hərbi poliqonda törətdiyi qanlı hadisə nəticəsində biri zabit olmaqla 3 hərbi qulluqçu ölüb, digər ikisi isə yaralı halda xəstəxanaya qaldırılıb. O da məlum olub ki, Həsən Abdulvahabov rabitə batalyonunda sürücü- elektrik olub. Hərbi rütbəsi yefreytordur.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir