Anar Axundzadə: “Heydər Əliyevi tam olaraq xarakterizə etmək qeyri-mümkündür”


Anar Axundzadə: “Heydər Əliyevi tam olaraq xarakterizə etmək qeyri-mümkündür”
2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edən, Heydər Əliyevin etimad göstərdiyi gənclərdən olan Anar Axundzadənin müsahibəsini təqdim edirik:

Qısa arayış: Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.

1996-1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997-2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib. (2000-2005)

Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000-2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.

2000-ci ildə Azərbaycan Respublikasi Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında İnvestisiya proseslərinin dövlət tənzimlənməsi ixtisasi üzrə ixtisasartırma vəsiqəsini alıb. 1998-ci il Dünya Gənclərinin Beynəlxalq Festivalının iştirakşısı olub. (Portuqaliya).

1992 ci ildən yani yaranan gundən Yeni Azərbaycan Partiyasinin uzvüdür. YAP Naxçıvan Gənclər Təşkilatının sədri (1995-2000). 1999-cu il YAP birinci Qurultayinda YAP Siyasi Şurasının üzvü seçilib. Azərbaycan Respublikasının prezident, Milli Məslis, Bəladiyyə seckilərində Yeni Azərbaycan Partiyasi tərəfindən Azərbaycan Respublikasi üzrə səlahiyyətli nümayəndə olub. Hazırda Yeni Azərbaycan Partiyasının üzvi kimi siyasi fəaliyyətini davam etdirir.

-Anar bəy, tanınmış şəxslər yaddaşlarda iki çür qalır; Bir ümumi fəaliyyətindən irəli gələn və bir də fərqi münasibətlər. Heydər Əliyevlə şəxsən təmasda olmuş şəxs kimi istərdim ki,sualın ikinci tərəfini cavablandırasınız…

-Bilirsiniz Heydər Əliyev elə bir dahi şəxsiyyət idi ki,onu tam olaraq xarakterizə etmək qeyri-mümkündür. Hətta çəkinmədən deyə bilərəm ki, onunla hər hansı təmasda olan insanlar istər uzun,istərsədə qısa müddətli fərqi yoxdurki, həm o böyük insanın nəzərindən qaçmazdı,həm də insanları xarakterizə edib qiymət verərdi.

İndi siz deyirsiniz ki, ümummilli liderimizin fərdi münasibətini qeyd edim; Onda bu cür yanaşaraq deyək ki, mən ən az və ən qısa ünsiyyətdə olan bir insan kimi heç vaxt onun nəzərindən qaçmamışamsa, demək ki, Heydər Əliyev şəxsiyyətinin ilk xarakteriskası onun insanlara hədsiz diqqət idi. Hətta xırda əməyə görə yüksək qiymətinin cavabı, onun yüksək səməmiyyətin irəli gəlirdi.

Ümumiyyətlə,mərdlik, səmimiyyət, qətiyyət, insani münasibət dahi şəxslərə məxsus olan faktorlar ulu öndərdə birləşmişdi. O rəhbər və lider kimi möhtəşəm insan idi. Heydər Əliyev adi bir detalı nəzərdən qaçırmazdı. Ona sevgi və məhəbbətlə yanaşan insanaqayğısını əsirgəlməzdi. Heydər Əliyev fenomen şəxsiyyət idi və onunla söhbət olduqca maraqlı olurdu.

-Onunla bağlı hansısa xatirə yadınızda qalıbmı?

-Təbii onunla bağlı xatirələrim çoxdur. Bir hadisəni danışmaq istərdim: 1992-ci ilin oktaybrayında Naxçıvan Dövlət Universitetinin 25 illik yubleyi keçirilirdi. Heydər Əliyev NaxçıvanAli Məclisinin sədri kimi o tədbirdə iştirak edirdi. Tədbirə İran,Türkiyə və Bakıdan və s.yerlərdənqonaqlar gəlmişdi. Mən həmin universitetin tələbəsi kimi tədbirdə çıxış etdim. O zaman 20 yaşım vardı.

Onu xatırladım ki,o zamankı Təhsil Nazirinin müavini səhv etmirsəmsə, Xalid Əlimirzəyev çıxışında Heydər Əliyevi nəzərdə tutaraq dedi ki, ağsaqqalda burda oturub, bilmirəm Azərbaycan niyə bu gündədir. Hər yer od tutub yanır. Gəncəyə,Şəkiyə və s. yerlərə gedirəm, ölkə viran qalır. Xalid bəyin çıxışından sonra, mənə söz verdilər. Təbrik çıxışımın sonunda dedim ki, Azərbaycan ona görə od tutub yanır ki, Azərbaycanı bu vəziyyətdən çıxara biləcək lider öz yerində oturmayıb. O burda Naxçıvanda bizim aramızdadır.

Bu sözlərdən sonra salon məni uzun müddət ayaqüstə alqışladı. Bu mənə olan alqış deyildi. Xilaskara yönəlmiş gəl-qurtar Azərbaycanı deyə hayqıran alqış idi. O zaman Azərbaycanda vəziyyət çox ağırlaşmışdı.

-Demək olarmı ki, o çıxışınızdan sonra diqqət mərkəzinə gəldiniz? O çıxışınız sizi ən gənc yaşınızda millət vəkili olmağınıza səbəb oldu və gələcək siyasi-ictimai fəaliyyətiniz üçün zəmin yaratdı…

-Bəli, düz qeyd edirsiniz. Tədbirdən bir neçə gün sonra mərhum Sirus Təbrizli universitetə mənim arxamca gəldi. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etməyimi tövsiyyə etdi. Məni təşkilat komitəsinə üzv yazdı. 1992-ci il noyabr ayının 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Konfransda sonra YAP idarə heyəti və siyasi şurası toplandı. Sirus Təbrizli mənə dedi ki, səndə gəl tədbirdə iştirak et. Məndə dedim ki, axı mən o heyətdə yoxam. Dedi ki, bunun heç bir fərqi yoxdur.

Orda mərhum Ziya Bünyadov, Murtuz Ələsgərov,Fərəməz Maqsudov bir sözlə Yeni Azərbaycan Partiyasının yaradıcıları,xalqımızın düşünən beyinləri iştirak edirdi. Mənə orda məlum oldu ki, Sirus Təbrizli mənimlə görüşə Heydər Əliyevin tapşırığı ilə gəlib. Yəni, onu ifadə etmək istəyirəm ki, Heydər Əliyev 20 yaşında gəncin adi bir çıxışına qiymət verən, onu qanadlanıran şəxsiyyət idi. Belə xatirələr çoxdur. Təəssüf ki, onun haqqında danışmaq nə bir müsahibəyə, nə də kitaba sığar. Zaman gələcək ki, o böyük şəxsiyyət haqqında dünyanın beyin və siyasi mərkəzləri öyrənəcəklər. O bizim qürur mənbəyimizdir. Heydər Əliyevlə ünsiyyətdə olan dünya şöhrətli siyasətçilər belə, onun fikrinə hörmətlə yanaşırdılar.

-Adi vətəndaşlar, lap siyasi fəaliyyətdə olanlar,jurnalistlər təbii ki,liderlə bir komanda da işləyən birbaşa təmasda olan insanlar onun fəaliyyəti, gördüyü işlər barədə tam məlumatlı olmur. Müəyyən məqamlarda birbaşa və ya dolayısı olsa da prezidentdən gələn göstəriş, əmr kimi yaddaşınızda xüsusi qalmış və indiyədək işıqlandırılmamış xidmətlərini əks etdirən məqamlar varmı?

– Maraqlı sualdı. Amma onu deyim ki, Heydər Əliyevin göstərişini və hər hansı bir tapşırığı nəin ki, unutmaq və yaxud işıq üzü görməməsi mümkün deyildi. Burda kimlərinsə səhlənkarlıq ola bilərdi ki, onu da edənlər cəzasız qalmazdılar. Amma, bu sualın içində belə ifadə yaratmaq olar ki, sizin bir işıq üzü görməyən cəsarət etmədiyiniz bir təşəbbüsünüz və ifadəniz olubmu?

Bəli, yaddaşımda qalan bir hadisəni qeyd edim: Dünya Azərbaycanlılarının birinci qurultayında Dünya Azərbaycanlılarına qurultay iştirakçıları adından müraciət qəbul olundu və həmin vaxt müraciətin içinə belə bir bənd təklif etmək istəmişdim ki, Heydər Əliyev Dünya Azərbaycanlıların ümummilli lideri elan edilsin. Amma,biraz çəkindim. Cəsarət etmədim və indi çox şadam ki, mənim bu arzum artıq realdır və Heydər Əiyev xalqın ümummilli lideri kimi dünyada tanınır.

-Bildiyimiz qədərində Heydər Əliyevin keyfiyyətlərindən biri də,istənilən insanlara qısa zamanda inam və səmimiyyətə söykənən münasibətlər qura bilməsi olub. Hətta ona müxalif olanlar belə onunla yaxın təmasa olduqda bu nəticə alınıb. Sizcə, bunun sirri nədədir?

-Heydər Əliyev şəxsiyyətinin ən önəmli cəhətlərindən biri də insanlarla yüksək səviyyədə ünsiyyət qurmaq qabiliyyət idi və o qısa müddətdən sonra ünsiyyətdə olduğu insanı özünə bağlayırdı. Bu da hər insanın içində Heydər Əliyev sevgisi yaratması üçün əsas olurdu. Mən sadəcə onu deyə bilərəm ki, sadə insanlar üçün Heydər Əliyev çox səmimi ata və eyni zamanda uşaqlar üçün bir sevimli baba idi.

– Amma rəhbərliyi altında işləyən insanlar üçün çox qətiyyətli rəhbər idi ki, ən aşağı vəzifə daşıyan məmur belə onun qəzəbindən qorxurdu. Amma, onun etimadını qazanan insanlar, onun məhəbbət qayğısından kənarda qalmazdı. Onun heç kimə mənəvi borcu yox idi. Əgər, bu gün kimlərsə düşünürsə ki, Heydər Əliyevə xidmət edib onlar səhv düşünürlər və bu yanlış yanaşmadı. Heydər Əliyevə xidmət vətənə xidmət deməkdir.

Sizə bir məsəl çəkmək istərdim: Bir gün keçmiş zamanda padşah dövründə bir gənc oturur bir ağsaqqalın yanında lovğalanır ki, mən padşaha belə,elə xidmət edirəm və s. Bunu dinləyən ağsaqqal isə ona deyir ki,oğul heç bir zaman belə demə ki, padşaha xidmət edirəm. Padşah istəsə ona xidmət edən çoxdur. Ona görə dua etdi ki,padşah səni xidmətində saxlayır.

Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi zamanda və bu gün möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işləyən hər kəs, hər məmur dərk etsin ki, onlara böyük etimad göstərilərək xidmət verilib. Unutmasınlar ki, kimsə əvəzolunmaz deyil. Heydər Əliyev siyasətinin ən uca məqamı xalqa xidmətə söykənirdi və hətta ona müxalif olanlar belə onu siyasətini alqışlayırdı.

-Ondan narazı olan bəzi qüvvələr onu SSRİ DTK-sının generalı kimi, SSRİ-nin rəhbərlərindən birİ kimi xarakterizə edir və onu qeyri-demokrtik insan kimi qələmə verirdilər. Bu həqiqətənmi belə idi?

-Bilirsiniz ki,Heydər Əliyev kimi dahi rəhbərlər demokratikləşmə prosesini yaradırlar, tarix yazırlar. Demokratiya sözünün mənası xalq hakimiyyəti deməkdir. Unutmayaq ki, Heydər Əliyev azərbaycanda keçirilən demokratik seçkilərin qarantı olub və xalqın yekdilliklə səsini qazanaraq 1993-98,98-2003 ci illərdə Azərbaycanın prezideni seçilib. O sözü deyənlər əslində demokratiyanı yox, anarxiyanı dəstəkləyənlərdir və o insanlar üçün Heydər Əliyev ölkəmizdə anarxayanın qarşını alan böyük sədd kimi dayanırdı.

Ölkəmizin addım-addım demokratiya yolunda irəliləməsi, adını demokrat qoyub,ölkəni viran gününə qoyanların yox, Heydər Əliyevin rəhbərliyi ilə inkişaf mərhələsinə,zirvəsinə qədəm qoyan bu böyük və uğurlu siyasət bu gündə möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Demokratiya pərdəsi altında hakimiyyətə həmin qüvvəllərin səriştəsiz siyasəti nəticəsində ölkəmiz torpaqlarımızın 20 fazini itirdi və az qala ölkəmiz məhv olmaq təhlükəsi qarşısında qalmışdı. İndi mən sizə sual edirəm. demokrtaiya pərdəsi altında ölkəmizə tənəzzülə uğradan ölkədə anarxiya yaradanlardımı demokrat? Yoxsa günbəgün inkişaf edən bütün sahələrdə uğur qazanan Azərbaycanımızın adını dünyanın nüfuzlu dövlətlər sırasına yazan Heydər Əliyev hakimiyyətimi?

Bu gün Azərbaycan dünyanın lider ölkələrindən birinə çevrilib. İqtisadi inkişaf tepminə görə qabaqcıl dövlətlərdən biridir və dəfələrlə dünya bankı tərəfindən Azərbaycanın iqtisadi inkişaf tepminin yüksək qiymətləndirilməsi qeyd ediklərimizin əyani sübutudur. Bunu etiraf etməyənlər ölkəmizin inkişafını gözü götürməyənlərdir.

-Anar bəy, təşəkkür edirəm səmimi müsahibə üçün.

-Mən sizə təşəkkürümü bildirirəm. Ayrıca olaraq yaratdığınız imkandan istifadə edərək xalqımızı qarşıdan gələn 10 may ümmummilli liderimizin 91 illiyi və Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatında mühüm rol oynayan Heydər Əliyev Fondunun 10 illik yubleyi münasibəti ilə təbrik edirəm.

Onu da qeyd edim ki, bir neçə gün bundan əvvəl Sankt-Peterburqda Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunantədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91, Heydər Əliyev Fondunun 10 illik yubleyi təntənəli şəkildə konsert tədbirləri keçirildi. Təbdirdə Rusiya və Azərbaycanın tanınmış şəxsləri iştirak edirdilər və çox şadam ki, həmin tədbirə dəvət olunanlar içərisində məndə var idim.

Elnur Eltürk


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir