Ankara mitinqində partlayış olacağı Twitter-dən bildirilmişdi


Ankara mitinqində partlayış olacağı Twitter-dən bildirilmişdi
Ankaranın Səhiyyə meydanında bu gün “Barış”” yürüşündən əvvəl baş verən iki bombalı partlayışla bağlı bir detal ortaya çıxıb. Dünən gecə Twitter hesabından Ankaradaki yürüşdə bombalı hadisə olacağı yazıldı.

Ankarada çok sayda insanın həlak olduğu partlayışla bağlı Twitter hesabından Pir Ozan Aptal (@AnotolyTodorov) isimli biri,- “Ən qorxulu ehtimal, İkinci Suruç ola bilər. Bu bombalı partlayış ən böyük qətliamlardan birinə yol açar, təbii ki, bu bir ehtimaldır. Mitinqin qanuni olması qətliamın siyasi dividendə dönməsinə vəsilə olar, bu durum da belə bir hücumun ehtimalını artırır””- şəklində paylaşılıb.

Hesabdan-“” Sabah orada ölsəm, əsla və əsla ölkəsini sevmədi deməsinlər. Mən bu ölkəyi Ədinrnədən Ərdəhana qədər sevdim””-deyə vida mesajı da yazılıb.

Patlayışdan sonra @AnotolyTodorov isimli hesabın bağlandığı da diqqət çəkdi.

Xatırladaq ki, səhər saatlarında baş verən partlayışda 86 adam ölüb, 182 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir