Ankarada endirilən Suriya təyyarəsini ABŞ nişan verib


Ankarada endirilən  Suriya təyyarəsini  ABŞ  nişan verib

Ankarada endirililən Moskva –Dəməşq reysinin cəsusu ABŞ olduğu iddia edildi.

Amerikanın “Washington Post” qəzetində 10 oktyabrda türk hərbçiləri tərəfindən Ankaranın Esenboğa aeroportunda endirilən təyyarə haqqında Amerika kəşfiyyatının xəbər verdiyi irəli sürülüb.

ABŞ-dan olan bir yetkilini mənbə olaraq göstərən “Washington Post” qəzeti Suriya sərnişin təyyarısində “Rus silahları olduğu” məlumatını Amerika kəşfiyyatçısının Ankaraya verdiyini söyləyib.

Amerikalı yetkili Suriya təyarəsində zenit sistemi üçün radar və elektrik parçaları daşıdındığını bildirib.

Adının gizli saxlanmasını bildirən ABŞ yetkilisi Suriyanın illərlə Rusiyanın yardımı ilə Yaxın Şərqdə ən güclü zenit sistemlərindən birini qurduğunu söyləyib.

Xəbərdə Suriyadakı daxili münaqişənin Yaxın Şərqdə bir müharibəyə gətirib çıxarmaması üçün ABŞ ilə Türkiyənin kəşfiyyat və hərbi əməkdaşlığı sıxlaşdığı vurğulanıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir