“Anonymous” haker hərəkatı 100 min İsrail saytını dağıdıb


“Anonymous” haker hərəkatı  100 min İsrail saytını  dağıdıb
“Anonymous” haker hərəkatı əvvəlcədən də elan etdiyi kimi İsrailin noyabr ayında Qəzza bölgəsində yaşayanlara aqressiv davranmasına” cabab olaraq saytları dağıdacaqları bildirmişdilər.Bu hərəkətləri ilə onlar fələstinliləri dəstəklədiklərini və İsraili kiberzonadan silmək istədiklərini planlaşdırmışdılar.

Mikrobloqlarda kütləvi OpIsrael əməliyyatında 100 minə yaxın saytın dağıdılması haqqında məlumat erilib. Məlumatda qeyd edilir ki, Facebook-un 40 min səhifəsi və 5 min Twitter-akkauntu hakerlərin hücumunun qurbanı olub. Bundan başqa “Anonymous” israillilərə məxsus 30 min bank hesabını dağıtdığını iddia edir. Hakerlər ziyanın ümumi məbləğninin 3 milyadr dollar həcmində olduğunu bildirirlər.

“ The Hacker News ” internet portalı hücum edilən , həmçinin hakerlər tərəfindən oğurlanan bir neçə saytın siyahısını verib. Hücuma məruz qalan 700 İsrail resusrları işərisində dövlət və parlament saytlarının da olduğu qeyd edilir.

İsrailin kiber bürosundan verilən xəbərdə isə hakerlərin bir çox hücum cəhdlərinin baş tutmadığı deyilir. Onlar “Anonymous”un ciddi infrastrukturları pozmağa qadir olmadığını bildiriblər. İsrailin fikincə, hakerlərin bununla məqsədi KİV-də hay-küy qaldırmaqdır.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir