AP Rusiyaya qarşı sanksiyanın kəskinləşməsi qətnaməsini qəbul etdi


AP Rusiyaya qarşı sanksiyanın kəskinləşməsi qətnaməsini qəbul etdi
Avropa parlamentində Rusiyaya qarşı sanksiyanın gücləndirilməsi haqqında qatnamə qəbul edilib.

Avropa Parlamentinin xarici işlər üzrə komitəsi Moskva Minsk razılaşmasını yerinə yetirmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyanı kəskinləşdirməyi tələb edən qətnamə layihəsini qəbul edib və assambleyanın iyun iclasında səsə qoyulmasına razılıq verib.

“Əgər Rusiya Ukraynanın şərqində stabilliyi pozmağa davam edərsə və Krımın qanunsuz birləşdirilməsindən imtina etməzsə Avropa Şurası sanksiyanı kəskinləşdirməli və Ukraynanın qorunması üçün silah və hərbi yardımla təmin edilməsi məsələsinə baxmalı olacaq””,–deyə sənəddə bildirilir.

Qətnamədə Qara dəniz regionunda təhlükəsiziliyi təmin etmək məqsədiylə AŞ-nın NATO və ABŞ ilə əməkdaşlıq etməsinin vacibliyindən danışılır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir