Aqil Abbasın “Dolu”filmi Moskvada


Aqil Abbasın “Dolu”filmi Moskvada
Yenises.ru-nun verdiyi məlumata görə rejissor Elxan Cəfərovun Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkdiyi “Dolu” filmi Rusiya paytaxtında nümayiş etdiriləcək.

Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edən filmin bəstəkarı Polad Bülbüloğludur.

Moskvanın L. Ryumina adına Folklor mərkəzində nümayiş olunacaq filmin təqdimatı Azərbaycanın Rusiyadakı səfirliyinin xətti ilə həyata keçirilir.

“Dolu” filminə baxış 6 dekabr saat 19:00- da olacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir