Argentinalı cəza müddətindən 20 il daha artıq həbsxanada qalıb


22 illik həbs cəzasına məhkum edilən argentinalı bir 20 ilini daha həbsxanada keçirib. Adamı sadəcə unudublar. Lakin görünən bu ki, adam halından məmnun olub. Yenə azadlığa çıxmaq istəmir.

Argentina mətbuatı verilən cəza müddətindən 20 il artıq ciddi rejimli həbsxanada  keçirən  75 yaşlı Osvaldo Lonqobukonun başına gələnlərdən yazıb.

Osvaldo  biznes ortağını  öldürdüyü üçün məhkəmə ona 22 il azadlıqdan məhrum olunma cəzası kəsib. O 2001-ci ildə azadlığa çıxmalı imiş. Bu haqda Daily Mail məlumat verib. Lakin məhkəmədə  onun vaxtında  azad olunması unudulub. Olsvaldo 20 il daha həbsxanada  keçirməli olub. Hadisənin qəribəliyi ondadır ki, cəza müddəti bitən kişi  özü də unudulduğu haqda  məlumat verməyib  və  “Syera-Çikka” həbsxanasında  yaşamağa davam edib.

2021-ci ildə hakim qaydanın pozulduğunu aşkar edib və Osvaldo Lonqobukonu azadlığa buraxıb. O,  isə ömrünün sonuna kimi  məmnuniyyətlə həbsxanada qalmaq istədiyini deyib.

Iş orasındadır ki, Osvaldo tutulduqdan sonra bütün əmlakı müsadirə olunub, ailəsi ilə  ayrılıb. Çöldə heç nəyi qalmayıb. Həbsxanada isə başı üsütndə damı və yeməyi vardı.

“Mən cəzamın bədəlini sonuna kimi ödəməkdən ötrü   ömrümün sonuna kimi dəmir barmaqlıqlar arasında qalmaq istəyirəm”-deyə Osvaldo vəkilinə bildirib.

Yenses.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir