Arxangelskdə FSB-nin binasında terror


Arxangelskdə  FSB-nin binasında terror
Bu gün səhər Arxangelsk vilayəti Federal Təhlükəsizlik xidməti (FSB) binasının girişində partlayış baş verib. Verilən məlumata görə partlayışı hadisə yerində ölən 17 yaşlı gənc tərədib.

Partlayış nəticəsində xüsusi xidmət orqanının üç nəfər əməkdaşı xəsarət alıb. Onlardan birnin vəziyyəti ağırdır və cərahhi -əməliyyat olunub.

Arxangelsk vilayətinin qubernatoru İqor Orlov aidiyyatı nazirlik və qurum rəhbərlərinə zərərçəkənlərə lazımı yardım etməyi tapşırıq verib.

İstintaq komitəsi baş verən olayı terror kimi dəyərləndirb.

İstintaq araşdırması başlanılıb. Müstəntiqlər cinayətkarın tək hərəkət etdiyini təsdiq ediblər. Gəncin qadağan olunmuş təşkilatda iştirak edib-etməməsi araşdırılır.

Onun yaşadığı yerdə də axtarış gedir. Müstəntiqlər teror törədən yeniyetmənin qohumlarını, tanışlarını və digər şəxsləri sorğu-sual edib istintaqa yardım edəcək hər hansı məlumat arayırlar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir