ASGA Rusiya nümayəndəliyindən Azərbaycanın Milli Qurtuluş gününə töhvə


Xəbər verildiyi kimi bir çox Azərbaycan KİV-nin dəstəyiylə keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” müsabiqəsinə Moskvada yekun vurulacaq.

ASGA Rusiya nümayəndəliyinin təşəbbüsü və təşkilatşılığı ilə həyata keçirilən bu layihə haqqında təşkilatın sədri Toğrul Allahverdili Yenses.ru saytına danışdı.



– Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi yarandığı müddətə və o zaman axınında fəaliyyətinə baxsaq “çox sürətlə”” hərəkət etdiyiniz müşahidə olunur. Bunu qaynar gənclik həvəsinə bağlayacam da…Amma Rusiyada şərtləri nəzərə alsaq, “”necə bacarırısınız?””

– Bilirsiniz, ASGA tək Rusiya ilə əlaqələrə hesablanmayıb. Bu bütövlükdə Slavyan gəncləri ilə milli-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə hesablanıb. Rusiya şərtlərinə gəlincə bir daha qeyd edim ki, biz QHT olaraq fəaliyyət göstəririk. Yəni biz heç bir siyasi, iqtisadi məsələlərə qarışmırıq. Biz sadəcə tarixən bağlı olduğumuz Rusiya gəncləri ilə dostluq əlaqələrini qoruyub saxlamağa və daha da inkişaf etdirməyə istiqamətlənmişik.

Nümayəndəlik olaraq fəaliyyətə göstərsək də, ASGA olaraq artıq Moskvada və Rusiyanın digər bölgələrində təşkilatlanmağa başlamışıq. Rusiyadakı Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq, dostluq edir, birgə layihələr hazırlayırıq.

– “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” (ASGA) İctimai Birliyi Rusiyada “Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda yeni layihəyə strat vermisiniz. Layihənin şərtlərinə keçməzdən əvvəl, niyə məhz ilk olaraq Rusiyada gerçəkləşdirilməsi planlaşdırıldı?

– Birincisi Azərbaycanın müstəqillik əldə etməsi, bütövlükdə Ulu Öndərin fəaliyyəti birbaşa Rusiya ilə bağlıdır. Ulu öndərin həyatında Rusiyanın özünəməxsus yeri olub. Bir başqa səbəb də ondan ibarətdir ki, Azərbaycan diasporlarının sayına və fəaliyyət dairəsniə görə ən qabaqcıl olduğu ölkə Rusiyadır və Azərbaycan gəncliyi Rysiyaya yetərincə inteqrasiya edib. Bir başqa səbəb isə biz ASGA olaraq keçirdiyimiz sorğu bizi bura istiqamətləndirdi. “”Azərbaycanın Slavyan Ölkələrində fəaliyyət göstərən ən fəal səfiri”” sorğusunun nəticələrinə görə Polad Bülbüloğlu qalib oldu və “”İlin səfiri”” seçildi. Buna görə biz 2 tədbiri bir araya gətirmək qərarına gəldik və bu məkan olaraq Rusiyanın seçilməsini labüdləşdirdi.

– Layihənin şərtləri nədən ibarətdir və keçən yarım ay müddətində müraciət edənlərin sayını təxmini açıqlamaq olarmı? Kimlər və haradan qatılıblar?

– Layihənin şərtlərinə görə müsabiqə Rusiyada yaşayan, təhsil alan azərbaycanlı gənclər arasında keçirilir. Bu layihədə iştirak etmək istəyən o gənclər “Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda araşdırma yazılar göndərirlər. İştirakşılar arasından “”Ən yaxşı araşdırma yazı””- seçiləcək. Müsabiqədə 15-30 yaş arası mektebli, tələbə, aspirant, jurnalist və teşkilat nümayəndələri iştirak edə bilərlər. Yazıların son qəbulu oktyabrın 10-a kimidir. Məqsəd Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında gəncləri bilgiləndirmək və bu sahədə gəncləri araşdırmaya sövq etməkdən ibarətdir.

Müraciətlərin sayına gəldikdə isə artıq bu proses yekunlaşmaq üzrədir. Müsabiqəyə gözlədiyimizdən də artıq qatılanlar oldu. Demək olar ki, bu lahiyədə Rusiyanın bütün şəhərlərindən gənclər iştirak edir. Sevindirici haldır ki, müsabiqədə iştirak etmək üçün Azərbaycan və digər MDB ölkəkərindən müraciət edənlər də var. İştirakçılarla bağlı son məlumat müsabiqənin yekun bağlanışında açıqlanacaq.

– Mümkünsə, qalibləri kim seçəcək və hansı üsulla təyin edilməsi detallarına da aydınlıq gətirərdiniz?

– Layihə ASGA ilə yanaşı Rusiyada fəaliyyət göstərən iki böyük qurum və 7 informasiya dəstəkçisinin köməkliyi ilə həyata keçirilir. Bu mənada seçimdə bu təşkilatın məsul işçilərinin böyük rolu olacaqdır. Azərbaycandan və Rusiyadan bir neçə tanınmış jurnalist və QHT rəhbərləri də seçimdə iştirak edəcək. Qaliblər onların birgə qərarı ilə seçiləçək.

– Sizin təşkilat “”ilin səfiri””ni seçib. Səsvermənin nəticələrinə görə Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlunun “”ilin səfiri”” seçildiyini söylədiniz. Səsvermə hansı məkanı və əhalinin hansı qatını əhatə edib?

– Bildirmək isdərdim ki, səsvermə əsasən QHT nümayəndələri və KİV işçiləri arasında keçirilib. Yaş həddi limiti yoxdur. Bura Aktual.Az, Editor.az, Xeber1.Az, Gundem.Az, Azxeber.com, Baymedia.az, Kiv.Az, VestiAz.com və digər informasiya portalları daxildir.

-15 okytabr-Milli Qurtuluş günümüzdə Moskvada “”bir layihənin sonu”” qeyd ediləcək. O sondan hansı yeni başlanğıcı gözləyirsiniz?

– Buna mən son deməzdim. Bu bir başlanğıcdır. Bəlkə də deyərdim ki, Azərbaycan QHT sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatından sonra xaricə çıxan və Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində durmadan fəaliyyət göstərən öncül təşkilatlardandır. Təşkilatımız haqqında daha dolğun məlumatı AzSlav.org saytından əldə edə bilərsiniz.

-Uğurlar, sizə…

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir