AŞPA Rusiyadakı vəziyyətlə bağlı sərt qətnamə qəbul etdi


AŞPA Rusiyadakı vəziyyətlə bağlı sərt   qətnamə qəbul etdi
Avropa Şurası Parlament Assambleyası Rusiyanın Avropa Şurası qarşısında götürdüyü bir sıra ötdəlikləri yerinə yetirmədiyinə qarşı qalmaqallı qətnamə qəbul edib. Rusiya insan hüqüqları, soz azadlığı və məhkəmə müstəqilliyi prinsipləri ilə bağlı AŞPA-nın moritorinqi altında düşüb. Rusiya tərəfi qətnamənin tövsiyyə xarakteri daşıdığını və mövcud rejimin öhdəliklərinə riayət etmə nəzarətini gərginləşdirmədiyini bildirir.

AŞPA tərəfindən çərşənbə axşamı qəbul edilmiş mətn Rusiyada çoxdan yayılmışdı, orada YUKOS-un keçmiş rəhbəri Xodorkovskiyə verilmiş ikinci hökm, Pussi Riot işi, hüqüşünas Sergey Maqnitskinin SİZO-da ölümü, vətəndaş aktivistlərin təqib olunması kəskin tənqid edilmişdi.

AŞPA deputatları Dyerd Frund Və Andress Qrossun hesabatları əsasında hazırlanmış qətnaməyə görə Avropa Şurası Nazirlər Komitəsi Rusiyadan AŞ qarşısında götürdüyü öhdəlikıəri yerinə yetirməsi tələbi tövsiyyə kimi irəli sürülür.

Rusiyaya qarşı hazırlanmış qətnamənin mətninə etiraz olaraq Dövlət Dumasının spikeri Sergey Narışkin AŞPA-nın Strasburqda keçirilən iclasına getməyib.

Rusiya nümayəndə heyətinin qətnamənin mətnini yumşaldaraq etdiyi düzılişlər də keşməyib, nəticədə AŞPA-nın qəbul etdiyi qətnamənin mətni əvvəlkindən daha sərt olub. Qətnamənin qəbul edilməsi lehinə 161 deputat , əleyhinə isə 41 deputat səs verib. Və səs şoxluğu ilə Rusiyaya qarşı tətbiq olunmuş qətnamə qəbul olunub.

Qətnamədə “təcili Pussi Riot üzvlərinin azad olunması” tələb olunur. Bundan başqa AŞPA-nın Gürcüstanla bağlı əvəvlki tələblərinə (İki müstəqli Respublikanın tanınmasından imtina və ordunun çıxarılması) yeni bənd əlavə olunub: “Abxaziya (Gürcüstan), Şimali Osetiya (Gürcüstan) və Pridenstrovyedə (Moldova) Tbilisi və Kişinyovun de-yure razılığı gözlənmədən seçki məntəqələrinin açılması, həmçinin əvvəlki ərazilərdəki əhalinin “paspotlaşdırılması” bu respublikaların AŞPA da daxil olmaqla beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütovluyunu pozur”.

Bundan əlavə qətnamədə “Spravedlivaya Rossiya”dan olan deputat Gennadi Qudkovun mandatından məhrum edilməsinə etiraz da əskini tapıb. Bu qərar sadə səsəvermə yolu məhkəmə araşdırmsı olmadan qəbul olunub. Bu da demokratiya üçün olduqca təhlükəli örnək yaradır. Assambleya Dövlət Dumasını bu qərarından imtina etməyə və hüquqi normaları həyata keçirmək üçün demokratik standartlara uyğun müvafiq prosedur qaydalardan yararlanmağa çağırıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir