ASTANA NURSULTAN OLDU


ASTANA NURSULTAN OLDU
Qazağıstan parlamentinin deputatları iki oxunuşda konstitusiyaya dəyişilklik edərək paytaxtın adının birinci prezidentin şərəfinə Nursultan adlandırılmasını qəbul edib. Bu barədə RİA Novostinin xəbərində deyilir.

“Tarixi qərar qəbul edilib””-deyə səsvermənin nəticəsindən çıxış edən Qazağıstan milli məclisinin ( aşağı palatanın ) spikeri Nurlan Niqmatulin bildirib.

İndi sənədi adın dəyişməsinin təşəbbüskarı olan ölkənin yeni başçısı Comert Tokayevin imzalaması qalır.

Səhər o , and içərək hazırkı kursu davam erdirəcəyini söyləyib və Astananın Nursultan adlandırılmasını təklif edib.

Tokayev həmçinin Nazarbayevin şərəfinə monument ucaldılması və vilayət şəhərlərindən birinin mərkəzi küçəsinə onun adının verilməsini vacib hesab edir.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir