Astanada Suriya danışıqları gec saata kimi davam edəcək


Astanada  Suriya danışıqları gec saata kimi davam edəcək
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura məlumat verib ki, tərəflər böyük ev tapşırığı yerinə yetiriblər.

Suriyada vəziyyəti nizamlamaqdan ötrü Asanada keçirilən danışıqlar gec saata kimi uzanacaq. Bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura deyib.

“Böyük ev tapşırığını həll etdik. Nümayəndələr bu gün gec saata kimi çalışacaqlar””-deyə beynəlxalq təşkilatın nümayəndəsinini fikrindən TASS sitat gətirib.

Qeyd edilir ki, danışıqlar 8 saatdır davam edir. O, birbaşa formatda həyata keçirilmir. Danışıqlarda 7 nümayəndə heyəti iştırak edir: Suriya iqtidarı və müxalifəti, 29 dekabrdan Suriyada atəşkəs razılaşmasına zəmanət verən RF, Türkiyə, İran, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturı və müşahidəçi simasında ABŞ-ın Qazağıstandakı səfiri Corc Krol.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir