Astarada Çimərlik Futbolu Üzrə Turnir Keçirilib


Astarada Çimərlik Futbolu Üzrə Turnir Keçirilib

Astara rayonunda çimərlik futbolu üzrə turnir keçirilib. Turnirdə iştirak edən səkkiz komanda iki yarımqrupa bölünüblər. Qruplarda birinci yerləri “Veteran-Astara”” və “”Stansiya”” komandaları tutublar. Turnirin şərtlərinə görə, qrupda birinci yerləri tutan komandalar finalda görüşərək turnirin ən güclüsünü müəyyən etməlidirlər. Qrupda ikinci yerləri tutan komandalar isə turnirin üçüncü yeri uğrunda mübarizə aparmalıdırlar.

Finalda “”Stansiya”” komandası 4:2 hesabıyla veteranlara qalib ğələrək turnirin birincisi oldular. Turnirdə üçüncü yeri “”Azriba”” komandası tutub.

Keçirilən oyunları respublikamızın FİFA dərəcəli hakimləri Əfqan Həmzəyev, İnqilab Məmmədov və Fuad Həsənov idarə etmişlər. Turnirin ən yaxşı oyunçusu adına Ümud Hüseynov və İntiqam Musayev layiq görülüb. Turnirin sonunda qaliblərə mükafatlar təqdim olunub. Mükafatlandırma mərasimində Cənub RFF-ın prezidenti Sakin Məmmədzadə, Astara Gİİ- in rəisi Ərçə Əliyev və “”Sərhədçi”” FK- un prezidenti Ruslan Dadaşov iştirak ediblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir