ATƏT-in Luqanskdə partladılan maşınında amerikalı həlak olub


ATƏT-in  Luqanskdə partladılan maşınında  amerikalı həlak olub
ATƏT-in missiyasının Ukraynada partladılan avtomobilində ABŞ vətəndaşının həlak olması və iki patrulun yaralanması haqqında “İnterfaks”” agentliyi tanınmamış Luqansk Xalq Respublikasının güc strukturlarından verilən xəbərə istunadən məlumat verib.

Agentliyə danışan mənbə Almaniya vətəndaşının da xəsarət aldığını bildirib.

ATƏT-in xüsusi moritorinq missiyasının avtomobili bazar günü səhər Luqanskdən 20 kilometr uzaqlqda tanınmamış respublikanın nəzarətində olan ərazidə yol kənarında bombaya düşüb. Partlayış nəticəsində bir patrul həlak olub, ikisi isə xəsarət alıb. LXR xalq milisinin mətbuat xidməti xəbər verib ki, ATƏT-in maşını əsas yoldan çıxaraq ikinci dərəcəli yola keçib. TASS-ın məlumatına görə həlak olan ATƏT partulunun üzvü həkim olub.

ATƏT-in əməkdaşının Ukraynada həlak olması faktını xüsusi moritorinq missiyası (XMM) təsdiq edib. Təşkilatın məlumatında o da deyilir ki, daha iki partul üzvü yaralanıb və xəstəxanaya çatdırılıb. Patrullar 6 nəfərdən ibarət və iki zirehli maşında olublar.

LXR-nın dövlət təhlükəsizlik nazirliyinin məlumatına görə ATƏT-in avtomobilinin partladılmasını Ukrayna təxribat-kəşfiyyat qrupunun törətdiyi bildirilir.

Ukrayna xarici işlər naziri Pavel Klimkin ATƏT-in əməkdaşının ölümü ilə bağlı onun yaxınlarına başsağlığı verib. “”İşğal olunmuş ərazidə ATƏT XMM avtomobilinin partladılması faciəsi maksimum şəkildə diqqətlə araşdırılmalı və XMM-inin təhlükısizliyi təmin edilməlidir””-deyə o Twitter səhifəsindən yazıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir