Avro 2012 –nin 2-ci günü: “Ölümlər qrupu”nun derbisi


            Avro 2012 –nin 2-ci günü:   “Ölümlər qrupu”nun derbisi
Bu gün futbol uzrə növbəti Avropa çempionatının B qrupunun oyunları keçiriləcək. Bu qrupda Almaniya, Daniya, Hollandiya və Portuqaliya yığmaları mubarizə aparacaqlar. Buna görə də bu qrupu “ölümlər qrupu” adlandırırlar. Günün ilk qarşılaşması Ukrayinanın Xarkov şəhərində Hollandiya milli yığması ilı Daniya milli komandası arasında keçiriləcək. Bukmeker konturları bu qarşılaşmada Hollandiya millisini favorit hesab edirlər.
Günün ikinci qarşılaşması Ukraniyanın Lvov şəhərindəəzəli rəqiblərin, Almaniya milli yığması ilə Portuqaliya milli yığması arasında olacaq. Futbol ekspertləri bu görüşdə favorot məhz Almaniya yığmasını hesab edirlər. Almaniya millisini dəstəkləmək üçün on min alman azərkeşi Lvov şəhərinə təşrif buyurublar.

İndi də B qrupunun komandaları haqda maraqlı məlumatlara diqqət yetirək.
ALMANİYA.
Almaniya B qrupunun əsas favoritlərindən biridir, təbii ki, əgər bu qrupda favoriti seçmək mümkün olsa. Almaniya millisi keçən əsrin 90-cı ilindən bəri Avroda bir dəfə, AVRO-1996- ın qalibi olub və iki dəfə (1992 və 2008) gümüş medalları qazanıb. Almaniya millisi Avropada qrupdakı rəqibləri ilə bir neçə dəfə üz-üzə gəlib. AVRO-2000-də qrup mərhələsində Portuqaliya yığmasına 3:0 hesabıyla məğlub olub. AVRO-2004-də Hollandiya millisi ilə sülhü bağlayıb-1:1. AVRO-2008-də pley-off mərhələsində Hollandiya millisi üzərində 3:2 hesabiyla qələbə qazanıb. Almaniya millisi tarixində üç dəfə Ukraniya torpağında oynayıb və bu oyunların üçü də heç-heçə nəticələnib (0:0, 1:1, 3:3). Komandanın əsas liderlərindən Klozeni, Podolskini, Şvaynştaynqeri, Qomesi göstərmək olar.

DANİYA
Daniya yığması B qrupunun autsayderi hesab olunur. Buna baxmayaraq AVRO-1992-dəki möcüzə təkrarlana bilər. Daniya futbol federasiyası AVRO-2012 turnirində baş məşqçi Marten Olsenin istəyi ilə sosial şəbəkədən istifadə etməyi öz futbolçularına qadağan edib.
Daniya millisinin Avropada ən böyük uğuru AVRO-1992-yə təsadüf edir. Həmin il Daniya milisi turnirin qalibi olub və qızıl medala yiyələnib. Avro-1992-də Daniya yığması yarımfinalda Holandiya yığması ilə qarşılaşıb. Oyunun əsas hissəsi 2:2 hesabıyla sona yetib və finala vəsiqə qazanan xoşbəxt tərəf penaltilər vasitəsilə müəyyən edilib. Penallaşmada Daniya yığması rəqibini 5:4 hesabıyla üstələyib və finala vəsiqəni qazanıb. Finalda Daniya yığmasının rəqibi Almaniya millisi olub və oyun Daniya millisinin 2:0 hesablı qələbəsiylə sona çatıb. Komandada tanınmış futbolçuların olmamasına baxmayaraq komandaya koməyi dəyən liderləri var. Bunlardan Niklas Bendtneri, Vilyam Kvisti, Daniel Aqqeri və s. qeyd etmək olar.
PORTUQALİYA
Portuqaliya millisisini çox vaxt “seçilənlərin komandası” və ya “beş qalxanların yığması” adlandırırlar. Portuqaliya yığmasının Avropada ən böyük uğuru AVRO-2004 –də gümüş medallara sahib çıxmasıdır. Portuqaliya millisi AVRO-1992 turnirinin təsnifat mərhələsində Hollandiya yığması ilə qarşılaşıb. Evdə 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, səfərdə 0:1 hesabıyla məğlub olub. AVRO-1996-da Daniya millisi ilə qrupda görüşüb və oyun 1:1 hesabıyla nəticələnib. Hollandiya millisi ilə AVRO-2004-ün pley-off mərhələsində qarşılaşan görüşdə Portuqaliya millisi 2:1 hesabıyla qələbə qazanıb. Hal- hazirda keçirilən turnirin təsnifat mərhələsində Daniya millisi ilə qarşılaşıb. Doğma meydanda 3:1 hesablı qələbə qazanan Portuqaliya yığması səfərdə 2:1 hesabiyla məğlub olub. Portuqaliya yığmasinin liderlərindən Kriştianu Ronaldunu, Raulu, Nanini, Pepeni və Danini göstərmək olar.
HOLLANDİYA
Hollandiya yığmasını bəzən “narıncılar” da adlandırırlar. Bu komanda turnirin qalibi uğrunda favoritlərdən biridir. Hollandiya millisinin Avropadakı ən yüksək nailiyyəti AVRO-1988 –də turnirinin qalibi, AVRO-2004-də bürünc medal qazanmasıdır. AVRO-1992-in qrup mərhələsində Almaniya millisini 3:1 hesabıyla məğlub edib. AVRO-2000-in qrup mərhələsində isə Daniya yığmasına 3:0 hesabiylə qalib gəlib. Hollandiya millisinin liderləri sırasında Klas-Yan Huntelari, İbrahim Affelayı, Robin van Persini, Uesli Sneyderi və digər isimlər var.
B qrupu digər qruplara baxanda çox çətin bir qrupdur və bu qrupun iştirakçıları arasında keçirilən oyunlar daha maraqlı olacaq.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir