Avropa Birliyi yanında Böyük Britaniya səfiri gözlənilmədən istefa edib


Avropa Birliyi  yanında Böyük Britaniya səfiri  gözlənilmədən istefa  edibAvropa Birliyi yanında Böyük Britaniyanın səfiri İvan Rocers gözlənilmədən istefa verdiyini elan edib. O, 2017-ci ilin martına planlaşdırlımış Brexit prosesinin (ölkənin Arvopa Birliyindən çıxması ) başlamasını belə gözləməyib. Bu haqda Financial Times gəzeti məlumat verib.

Qəzetin xəbərinə gösə 56 yaşlı Rocers çərşənbə axşamı həmkarlarına vəzifəsini müddəti bitmədən tərk edəcəyini deyib, lakin səbəbini açıqlamayıb..

Qəzetin xəbərinə gösə 56 yaşlı Rocers çərşənbə axşamı həmkarlarına vəzifəsini müddəti bitmədən tərk edəcəyini deyib, lakin səbəbini açıqlamayıb.

Bir az sonra Böyük Britaniya höküməti AB yanındakı səfirinin istefa verdiyi haqqında məlumatı təsdiqləyib. “Cənab İvan Rocers tutduğu vəzifəsindən bir neçə ay əvvəl istefa verib….Biz ona işlərinə görə minnətdarıq…””- deyə hökümətin məlumatında deyilir.

Rocers AB yanında Böyük Britaniya səfiri olaraq 2013-cü ildə Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron tərəfindən təyin edilib. Onun səfir kimi səlahiyyət müddəti 2017-ci ilin noyabrında bitir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir