Avropa parlamentində qalmaqal: ukraynalı deputatlar Vilnus sammitinə gəlmədilər


Avropa parlamentində qalmaqal: ukraynalı deputatlar Vilnus sammitinə gəlmədilər
Avropa parlamenti nümayəndələrinin Avropa Şurası və Ukrayna parlament əməkdaşlığı komitəsinin Strasbuburqdakı növbəti yığıncağı başlamadan bitib. Komitənin Ukraynadan olan hissəsi (16 nəfər) yığıncağa gəlməyib.

Komitənin britaniyalı üzvü Çarlz Tennok özünün parlament təcrübəsində buna oxşar hadisə ilə qarşılaşmadığını bəyan edib. Onun sözləırinə görə bu addımı anlamaq və qəbul etmək çox çətindir. Komitənin digər- polşalı deputatı Mark Svets qeyd edib ki, Ali Radanın deputatları oyun qaydaları əleyhinə oynayır və nümayəndələr tarixində belə bir hadisə yaşanmamışdı. O, həmkarlarına təklif edib ki, madam ki, rəsmi şəkildə toplanmaq baş tutmadı, özləri Kiyevə getsin və ukraynalı tərəfdaşları ilə bir oteldə oturub çay içərək söhbət etsinlər. O həmçinin komitənin “Vilnus sammitinin ukraynalı deputatlar tərəfindən baykot edilməsi” haqqında açlıq məktub yazıb KİV-də yayımlaması fikrini irəli sürüb.

Problem ondadır ki, Ukraynada 2012-ci il oktyabr seçkilərindən sonra komitəyə kimin başçılıq etmək məsələsində deputatlar razılığa gələ bilməmişdilər. Maraqlıdır ki, Ali Rada bu insident barəsində Avropa parlamentinə rəsmi açıqlama verməyib. Baxmayaraq, AP-nin prezidenti Martin Şults hələ avqustda Ali Radanın sədri Vladimir Rıbaka məktub göndərərək, ondan konfliktin həll olunması ilə şəxsən məşğul olmasını xahiş etmişdi.

Komtənin həmsədri Pavel Koval hesab edir ki, ukraynalı deputatlar arsındakı bu konflikt siyasi ambisiyadan irəli gəlir, müxalifətdən olan deputatlarla hakim partiyanın deputatları özlərinə avrointeqrasiyada şəxsi nüfuz qazanmaq istəyirlər. O, onu da deyib ki, baş tutmayan bu yığıncağın nəticələri ilə əlaqədar avropalı deputatların məktubunu Martin Şultsa və Vladimir Rıbaka göndərəcək və polşalı deputatın təklif etdiyi kimi qeyri-rəsmi danışıqlardan ötəri Kiyevə gedəcək.

9 oktyabrda keçiriləcək yığıncağın gündəliyində Vilnus sammiti ərəfəsində Ukrayna və AŞ arasındakı indiki vəziyyət və münasibətlər müzakirə olunacaqdı.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir