Avropa Şurası bu ilin sonuna kimi Ukrayna ilə vizanı götürməyi planlaşdırır


 Avropa Şurası bu  ilin sonuna kimi  Ukrayna ilə vizanı götürməyi planlaşdırır
Avropa Şurası Ukrayna ilə viza rejiminin aradan qaldırılmasının reallaşdırlmasını 2014-cü ilin sonuna kimi həll edəcək. Bu haqda Avropa komissiyasının Ukraynadakı nümayəndəsi Yan Tombinskiy Kievdəki kanfransa bəyan edib.

“İkinci etapa keçmək üçün pozitiv münasibətlər var, lakin son qərar hələ qəbul edilməyib. Düşünürəm ki, artıq onu qəbul etmək lazimdir.Və əgər doğrudan da bu baş tutarsa, bu ilin sonuna kimi bütünlükdə vizasız rejimə keçmək üçün yaxşı perespektivlərimiz var””,- deyib Tombinskiy.

O qeyd edib ki, bu AŞ-nın qərarından- birinci etapda Ukrayna ilə viza rejiminin qaldırılmasının həyata keçiriləmsindən asılı olacaq. Bundan sonra 3-cü etap- birbaşa vizasız rejimə geçmək məsələsi həll ediləcək.

Xatırladaq ki, Avropa Şurasının daxili işlər üzrə komissarı Sesiliya Malmstrem Ukrayna ilə viza rejiminin qaldırılması planının birinci etapının başa çatdığını bildirmiş və Avrokomissiyadakı həmkarlarını ikinci fazaya keçməyə çağırmışdı. Avrokomissiya nümayəndəsi Mikele Çerkone öz növbəsində qeyd etmişdir ki, Ukrayna ilə vizasız rejimə keçməyin dəqiq vaxtı hələ müəyyən edilməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir