Avropa və Amerikada başlanan erməni təxribatının Moskva davamı


Siyasi müstəvidən küçə savaşına…

Restoranlar bağlandı-bir günlük

Moskva şəhər DİN cənub-şərq dairəsində toplanan yığıncaqda belə qərara alındı.

Nə baş verdi? Keçən günlərdə ermənilərlə-azırbaycanlıalr arasında artıq siyasi-səfirliklər qarşısında etiraz nümayiişləri ilə kifayətlənməyib onu küçə savaşının davamının sıçrayışları Rusiyanı alovlandırdı.

Rusiya mətbuatı, sosial şəbəkləri, Whatsapp qruplarında hər iki tərəfin bir-birinə hücum edib döyməsı- söyməsi videoları sürətlə yayılmağa başladı. Hadisələrin əsas göbəyində isə hər zaman bu tipli hadisələrdə “fəal” olan azərbaycanlıların və ermənilərin kompakt yaşadığı Moskvanın cənub-şərq dairəsi-Lyublino, Marino, Peçatniki rayonlarında qeydə alındı. Qeyd edək ki, bu rayonlar hər zaman partlayışa hazır rayonlar kimi tanınır.

Cənub-şərq dairəində biznes obyetkləri və eləcə də digər sahələrdə ermənilərdən üstünlüyü fərq edilən iş adamlarımız, fəallarımızın çox olmasının təsiri özünü göstərdi.

Soydaşlarımıza məxsuq “1001 gecə” restoranına basqın, küçədə ayrı-ayrı gənclərimizə hücumlara eyni vasitə ilə cavab verildi. Əslində Moskva son iki gündə erməni-azərbaycanlı qarşıdurmasının şokunu yaşadı.

Rusiya hüquq mühafizə orqanları bu etirazın dalğasını söndürmək üçün ötən gün həmin rayon ərazisində fəaliyyət göstərən iş adamları, diaspor nümayəndələri və fəallarının iştirakı ilə operativ yığıncaq keçirib.

Federal təhlükəsizlik xidməti, daxili işlər nazirliyi və millətlərarası münasibətlər komissiyası, eləcə də dövlət və şəhər duması deputatlaırnın təmsil olunduğu yığıncaqda hər iki tərəfin çılğın və qanuna zidd hərəkətləri pislənib.

O yığncaqda iştirak edən adının bilinməsini istəməyən mənbədən saytımıza daxil olan məlumata görə yığıncaq çox sərt keçib.

Hüquq mühafizə orqanlarının bu təxribata son qoymaq üçün hər iki tərəfin öhdəlik götürməli olduğunu bildirdiyiniə cavab olaraq dumadan gəldiyini deyən nümayəndə “Azərbaycanda siyasi vəziyyətin stabil olmaması və hadisələrin daxildə baş verənlərdən yayındırmasına yönəldilməsi fonunda belə vüsət aldığını” söyləməsi fikrini iş adamlarından biri yarıda kəsib.

Rusiya güc sturkturu yetkililərinə üz tutaraq, burada olan nüfuzlu, sözü eşidilən insanlarımızdan “təxribat törətməməyi və təxribata təxribatla cavab verməməyi tələb edirsiniz. Amma elə eyni anda duma millət vəkili olan biri tərəfli olaraq təxribat xarakterli çıxış edir. Əzəli vətəimin Azərbaycanın dövləti və onun daxili siyasətinə dil uzadır. Nə haqla?”-deyə etiraz edib.

«Əgər məsələnin siyasi həllini axtarırsınızsa, o zaman yaranı sarımaqla deyil, müalicə etməklə sağaltmaq olar”.

Onun bu fikrinə qarşılıq olaraq, duma millət vəkilinə mövzunu yayındırmamağı və söhbət kimin nəyi başlamasından deyil, hadisələrin qarşısının kəskin olaraq alınmasıdna gedir, azərbaycanlı iş adamı yüzdə-yüz haqlıdır deyilib.

Yığıncada hər iki tərəfin (erməni və azərbaycanlıların ) işlətdiyi sosial, ictimai iaişə müəssisələrinin- (restoran, mağaza-dükan, fitnes klubları kimi) bir günlük bağlanması qərara alınıb.

Tünzalə Vəliqızı,
Moskva
25.07.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir