Avropada “itmiş nəsil” yetişir


Avropada “itmiş nəsil” yetişir
Dünyanın ən böyük iqtisadiyyatının təmsil olduduğu İqtisadi inkişaf və Əməkdaşlıq təşkilatının baş katibi Angel Gurria Avropa birliyində yaşayan 25 yaşdan aşağı 7-8 milyon gəncin “potensial itmiş nəsil” olacağını söyləyib. Avropa Birliyinin 2020-ci ilə planlaşdırdığı hədəfinə çatmaq üçün 17 min iş yeri yaratmalıdır –fikrinə diqqət çəkən Gurria “Amma Avropada yeni bir problem ortaya çıxdi, insanlar illərcə işsiz qaldığına görə, iqtisadiyyat düzələrsə, umumi təhsilləri ilə və gənc doğumlularla rəqabət edə bilmir. Bu üzdən işsiz qalmağa davam edir”-dedi.

Avropada 4-cü ilinə girən böhran ən çox gəncləri vurdu. Son açıqalanan məlumatlara görə Yunanıstanda işsizlik 22,4 faiz, İspaniyada 25,1 faizə çatdı. 25 yaşından aşagı olanlar arasında işsizlik Yunanıstanda 55 faiz, İspaniyada isə 53 faiz səviyyəsindədir.

Avropa Birliyi Komissiyası rəhbəri Joze Manuel Barosso da həftə içi verdiyi açıqlamada “İqtisadi həyat qədər təhsil sistemi də gec yaşda olanların işsizlizliyinə təsir edir. Doğru təhsil verən ölkələrin böhran dönəmində daha yaxşı fəaliyyət sərgilədiyini gördük ”-deyərək birliyə üzv ölkələrə təhsil sahəsindəki islahatlara diqqət verməyə çağırdı.

Barossonun bu çağırışı müsbət olmasına baxmayaraq, gələcək nəsilər üçün maraqlıdır. Avropa Birliyi bu günə qədər gənc nəsli iqtisadi həyata qazandırmaq mövzusunda bu günə qədər təsirli bir siyasət yürütməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir