Avropada Lavrovun çıxışı istehzalı gülüşlə qarşılanıb


Avropada Lavrovun çıxışı istehzalı gülüşlə qarşılanıb
Münhendə keçirilən Beynəlxalq təhlükəsizlik konfransında RF xarici işlər naziri Sergey Lavrovun çıxışı qalmaqalla qarşılanıb. Bir sıra Qərb ölkələrinin nümayəndələri onun nitqinə istehza və ironiya ilə reaksiya veriblər.

Kommersant.ru-nun Mühhendəki xüsusi müxbirinin verdiyi məlumata görə Sergey Lavrova qədər Almaniyanın kansleri Angela Merkel çıxış edib. Onun çıxışı 6 dəfə sürəkli alqışlarla kəsilib. Merkel birinci cərgədə oturan Ukrayna prezidenti Petr Poroşenkonu salamlayıb və konfrans işrirakçıları bunu yüksəkdən alqışlayıblar.

RF XİN başçısı Lavrovun çıxışı isə konfrans nümayındələri tərəfindən narazılıqla qarşılanıb. O, Ukrayna böhranına toxunaraq Qərbin və Amerikanın ikili standart yürütdüyünü qeyd edib. Moskvanın Qərbin Ukraynaya qarşı universal prinsiplərdən yan keçməsini başa düşmədiyini bildirib.

Rusiyalı nazir “Ukrayna böhranı hərbi yolla nizamlanmamalıdır”-deyə RF və Fransa prezidentləri, həmçinin AFR kanslerinin Moskvadakı görüşünün nəticə verəcyinə ümid etdiyini də söyləyib.

Qalmaqallı anlar konfrans iştirakçılarının rusiyalı qonağa sual verməsi zamanı yaşanıb. Avroparlamentin xarici siyasət komitəsinin sədri Elmar Brokun “Rusiya Krımı birləşdirməklə beynəlxalq qaydaları pozdu”-deyə Lavrova sual-müraciətinə nazir -“Krımda hər şey BMT-nin Nizamnamsinə uyğun olaraq baş verib”-deyə cavab verib.

“BMT Nizamnaməsində bir neçə prinsiplər var, millətin öz müqəddəratını təyin etməsi də əsas yerdə duranlardan biridir, lakin ərazi bütövlüyü və süverenliyə hörmət etmək vacibdir”-deyə nazir izah edib.

Bu zaman Elmar Blok və digər nümayəndələr bərkdən gülməyə başlayıblar. Konfrans içtirakçıları içərisində 20 dövlət və hökümət başçısı və 60-a yaxın xarici işlər və müdafiə nazirləri olub.

Sergey Lavrov buna təmkinlə reaksiya verib. O, üzünü Elmar Bloka tutaraq,-“o da sual verəndə gülməli idi, amma mən özümü saxladım”- deyib.

Sonra Krım məsələsində Qərbin ikili standart nümayiş etdirməsinə diqqət çəkərək söyləyib ki, “Kosovoda referendum olmadı, Almaniya da referendumsuz birləşdi. Biz bunların aktiv tərəfdarları idik”.

Buna qərbli nümayəndələr daha böyük narazılıqla reaskiya verərək qışqırmağa, fit çalmaga başlayıblar.

Çoxları Sergey Lavrovun səhnəni tərk edəcəyini gözləyib. Lakin o, quruca “Rusiyanın mövqeyinə gülmək olar, gülüş ömrü uzadır”-deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir