Avropalı diplomatların Rusiyadan göndərilməsi qərarı məcburiyyətdən doğandır


Rusiya  üç  Avropa ölkəsinin diplomatını geri göndərdi. Həmin ölkələr də cavab tədbirinin adekvat olacağını bildiriblər.

İcazəsiz mitinqdə iştirak edən avropalı diplomatların Rusiyadan göndərilməsimə  qərar verməyə  məcburduq-deyə  RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Təəssüf ki,  bizi  belə bir qərar verməyə məcbur etdilər, – icazəsiz mitinqdə iştirak edən  üç Avropa Birliyi ölkəsinin diplomatlarının ölkədən çıxarılmasına”-deyə o, “Rossiya 1” telekanalının efirindən bildirib.

Bloger Aleksey Navalnıya dəstək  üçün  icazəsiz aksiyalar yanvarın 23 və 31-də Moskva və digər böyük şəhərlərdə keçirilib. Həmçinin fevralın 2-də  məhkəmənin qərarı ilə blogerin şərti cəzası real həbs ilə  dəyşdirildikdən sonra da  tərəfdarları buna etirza olaraq icazəsiz aksiyaları davam etdiriblər  

Hüquq- mühafizə orqanları  qanunsuz aksiyalarda iştirak edənlərin və təşkilatçıların  cavabdehlik daşıyacaqları haqda  xəbərdarlıq etmişdi. Aksiyalar zamanı  saxlanılanlar olub və  onların haqlarında cinayət və inzibati  iş açılıb.

Sonra, fevralın 5-də  RF XİN ölkənin ərazisində  etiraz aksiyalarında iştirak edən Almaniya, İsveç və Polşa səfirliyinin diplomatlarını non -qrata elan edib. Diplomatik nümayəndəliyin əməkdaşlarınn  belə hərəkəti  onların diplomatik statusuna ziddir və qəbuledilməzdir-deyə Rusiyanın aidiyyatı qurumundan bildirilib.   Onlara yaxın günlərdə RF ərazisini tərk etmək tələbi göndərilib.

Avropa Birliyin  xarici siaysət xidmətinin nümayəndəsi Peter Stano  Moskvanı qərarına  bir daha baxmağa çağırıb.

İsveç XİN-dən bildirilib ki, Moskvanın bu addımı əsassızdır və  onların da cavab  vermək haqqı var.  

Varşava da  cavab  təbdiri haqqında düşünür-deyə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev xəbər verib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir