Avropalılar Çinlilərin Rekordunu üstələdilər


Avropalılar Çinlilərin Rekordunu üstələdilər

Avropa alimləri kvant teleportasiyası üzrə Çin rekordunu yenilədilər.
Onlar, qarışıq fotonları La Palma və Tenerif adaları arasında (məsafə 143 km) ötürməyə nail oldular.

Bu haqda məlumat Kornel universitetinin saytındakı məqalədə işıalandırılıb.
Bu hadisədən yalnız 10 gün öncə, çinlilər qarışıq fotonların 97 km məsafəyə ötürülməsinə nail olmuşdular.

Avropalıların eksperimenti pis hava şəraitinə görə təxirə salınıbmış. Çünki, küləklər, yağışlar və hərarətin tez-tez dəyişməsi ilə üzləşən tədqiqatçılar, belə şəraitdə teleportasiya prosesinin çətin olduğunu söyləyiblər. Ən çətini isə, küylərin aradan qaldırılması olub.

Nilufər A.Şıxlı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir