Avropanın 5 ökəsi “Türk axını” qaz kəməri layihəsinə qoşulur


Avropanın 5 ökəsi “Türk axını” qaz kəməri  layihəsinə qoşulur
Avropanın beş ölkəsi «Türk axını» layihəsinin tikintisində iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan, və Türkiyə xarici işlər nazirliyi başçıları aprelin 7-də keçirdikləri görüşdə “Türk axını” layihəsinin tikintisində iştirak etmək istəyində olduqlarını təsdiqləyiblər. Bu haqda “Kommersant” qəzeti informasiya verib.

Görüşdə Avrokomissiyanın nümayəndəsi müşahidəçi simasında iştirak edib.

Yekunda qazın Türkiyədən Avropa ölkələrinə nəql edilməsi üçün “marşrutların və mənbələrin şaxəsləməsinin iqtisadi cəhətdən səmərəli yolu”nun yaradılması ilə bağlı iqtisadi əməkdaşlıq bəyannaməsi imzalanıb. “Qazprom”un bu layihədə konkret iştirakı məsələsini isə hər ölkə ayrılıqda müzakirə edəcək.

Prezident Vladimir Putinin fevral ayında Macarıstanda səfəri zamanı bəyan etdiyi qaz kəməri Rusiyadan Qara dənizin dibi ilə Türkiyədən keçərək Avstriyanın Baumqarteninə qədər uzanacaq. Bu layihə Avrokomissiyanın müqaviməti üzündən “Qazprom”un imtina etdiyi “Cənub axını” layihəsinə alternativ olaraq yaradılıb.

“Qazprom”un “Cənub axını” layihəsindən imtina etməsini isə Putin 2014-cü ilin sonunda Türkiyəyə rəsmi səfəri zamanı açıqlamışdı. O zaman prezidentlərin görüşü çərçivəsində Moskva və Ankara ildə 63 milyard kubmetr gücündə olacaq keçid qaz kəmərinin çəkilməsi ilə bağlı müqavilə imzalamışdı.

Onu da qeyd edək ki, aprelin 7-də “Qazprom” qaz kəməri layihəsinin tikintisi ilə məşğul olacaq törəmə kompaniyası – “Rus Qazpromu”na baş direktor təyin edıb. Ora əvvələr South Stream Transport B.V kompaniyasının texniki direktoru vəzifəsində çalışmış Andrey Fik seçilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir