Avroparlament Nemtsovun ölümü ilə bağlı qətnamə qəbul etdi


Avroparlament  Nemtsovun ölümü ilə bağlı qətnamə qəbul etdi
Boris Nemtsovun qətli ilə bağlı istintaq araşdırmasını beynəlxalq təşkilatlar öz üzərlərinə götürdülər.

Avropa parlamentinin deputatları Strasburqda keçirilən plenar iclasda siyasətçi Boris Nemtsovun qətli ilə bağlı qətnamə qəbul ediblər. Bu haqda TASS məlumat verib.

Qətnamədə BMT, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatları cəlb etməklə, “qərəzsiz və obyektiv”” beynəlxalq istintaq araşdırması aparılmasına çağırılır.

Qətnamənin mətnində o da deyilir ki, Nemtsovun qətli “”Müasir Rusiyada ən əhəmiyyətli siyasi sui-qəsddir”” və “”Rusiyada siyasi müxalifətə qarşı repressiya siyasətinin davam etdiyini göstərir””.

Bundan əvvəl Avroparlamentin Nemtsovun qətlinin beynəlxalq istintaqını tələb etdiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, siyasətçi Nemtsov 27 fevralda gecə Moskvoreç körpüsünun yanında qətlə yetirilmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir