Avrozonanı işsizlik bürüyəcək


Avrozonanı  işsizlik bürüyəcək

Əgər hökümət yeni iş yerləri açmazsa, Avrozonada işsizlərin sayı artacaq.
Beynəlxalq əmək təşkilatı iqtisadiyyatı təhlükəli həddə çatacağı və xərclərin azalacağı xəbərdarlığı ilə çıxış edib.

Beynəlxalq əmək təşkilatı (BƏT) ən pis halda Avropa zonaları ölkələri xərcləri azaltmalı və qənaət etməli olacağını düşünür. Artıq dörd ildən sonra Avrozonada işsizlərin sayi 4,5 milyon nəfərə kimi artaraq, 22 milyon nəfərə çatacaq. BƏM analitikləri bununla bərabər işsizliyin təkcə problemli ölkələrdə deyil, Avrozonanın saglam ölkəlrində də artacağını hesab edirlər.

BƏT təcili olaraq yeni iş yerlərnin açılmasını tövsiyyə edir. “Əgər real iqtisadiyyata vəsait qoyulmzsa, iqtisadi böhran dərinləşəcək və işsizlik problemi heç bir zaman yaxşılaşmayacaq” –deyə BƏT-nın baş direktoru Xuan Somabiya qeyd edib.

Hesabatda göstərilir ki, kəskin iqtisadi siyasət və xərclərin azaldılmasını daha çox gənclər ağrılı qəbul edirlər. Onu da qeyd etmək yernə düşər ki, Avrozona əmək bazarında situasiya pis ssenari ilə gedir. Bir çox kompaniyalar iqtisadi problemini işçilərinin sayını azaltmaqla yolu ilə həll edirlər, lakin bu özünü dögrultmazsa, işsizlərin sayı qəfil artacaq.

Eorostat-in məlumatına görə Avroznada mayda işsizlırin sayı 11,1 faizə çatıb. 1995-ci ildən aparılan statistikada hələ işsizliyin göstəricisi bu həddə-17,56 milyon nəfər olmamışdı. “Bi-bi-ci”-nin xəbərinə görə gənclər arasında işsizliyin sayı may ayında 22,6 faiz (3,4 milyon nəfər) təşkil edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir