Avstriyalı evindən tapdığı 270 min avronu polisə verdi


Avstriyalı evindən tapdığı 270 min avronu polisə verdi
Qrats şəhərinin sakini yeni aldığı evin zirzəmisində 269,5 min avro tapıb. Bu haqda Kronen Zeitung qəzeti məlumat verib.

500 nominallıq avrolar karton qutuda olub. 42 yaşlı avstraliyalı tapdığı pul haqqında polisə xəbər verib. O bu pulun kriminalla bir bağlılığı olduğunu düşündüyünü bildirib.

Qrats hüquq-mühafizə orqanları vətəndaşın müraciətini qəbul edib, lakin hadisə və onun araşdırılması ilə əlaqəli heç bir izahat verməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir