Avstriyalı stratosferdən 38 km yüksəklikdən tullandı


Avstriyalı  stratosferdən  38 km  yüksəklikdən tullandı
Avstriyalı skaydayver Feliks Baumqartner 38 kilometr hündürlükdən- Amerikanın Nyu-Meksiko ştatının üsütündən tullanıb. Bu haqda “BBC News” məlumat verib.

43 yaşlı avstriyalı Baumqartner hava şarına bərkidilmiş kapsulada 38 600 metrə taxın hündürlüyə qalxıb. Eniş zamanı skaydayver sürətini 1100 km/saata kimi artırıb. Uçuş cəmi 10 dəqiqədən az zaman olub. Uğurlu enişdən sonra idmançı vertalyotla Rozuella aeroportuna çatdırılıb.

Əvvəllər “Kosmosdan tullanma” bir neçə dəfə əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı. Yoxlama-məşq tullanmasını avstriyalı 2012-ci ilin yayında 29 kilomert yüksəklikdən etməklə həyata keçirmişdi.

Bundan əvvəlki rekord 1960 ildə qeydə alınmışdı. O zaman ABŞ hərbi hava quvvələrinin zabiti 31 kilometr yüksəklikdən tullanmaqla rekorda imza atmışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir