Xarici iş adamlarına güzəştli vətəndaşlıq gəlir


Xarici iş adamlarına  güzəştli vətəndaşlıq gəlir
Xarici iş adamlarına güzəştli vətəndaşlıq gəlir
Medvedyev xarici sahibkarlar və sərmayəçilərə güzəştli vətəndaşlıq təklifi ilə yaşıl işıq yandırdı. Lakin xüsusi bir qrup üçün və bəzi istisnalarla.

Rusiyanın baş naziri Dmitri Medvedev xarici sahibkarlıqların və sərmayəçilərin bir qrupunun güzəştli şərtlərlə vətənadaşlıq almasına imkan verən sərəncam imzalayıb. Bu haqda nazrilər kabinetinin sayitında məlumat verilir.

“Rusiya iqtisadiyyatına xarici sərmayəçiləri cəlb etmək məqsədi ilə güzəştli şəkildə vətəndaşlıq almaq Ümumrusiya istisadi fəaliyyət sahəsinni təsnifatlandırıclarının baxışından keçəndən sonra xüsusi istisnalarla sahibkarlar və sərmayəçilərə şamil edilir”-məlumatda bildirilir.

Sərəncamda bilridirli ki, bura:
Topdan və pərakəndə satış ticarəti ilə məşğul olanlar;
Avtonəqliyyat və motoskletləri təmir edən müəssisələr;
Otel və ictimai qida müəssisələri;
Daşınmaz əmlak, işə düzəltmə, kadr seçmə əməliyyatları ilə məşğul olanlar;
Həmçinin reklam, hüquq və muhasibat uçotu sahəsində fəaliyyət göstərənlər daxil deyil.

“Bu istisnalar onunla şərtlərnir ki, müvafiq fəaliyyət sahələrində əlavə yeni iştirakçıları tələbat yoxdur”.

Xatırladaq ki, hələ bu ilin iyun ayında Dövlət Duması Rusiya ərazisində yaşayan bir sıra xarici vətəndaşları RF vətəndaşlığına güzəştli qəbul edən sənəd qəbul etmişdi. Bu Rusiya ərazisində 3 ildən az olmayaraq çalışan və illik gəliri 10 miyon rubldan az olmayan sahibkarlara aid edilirdi.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir