Aydın Mirzəzadə: “İsrailin üzr istəməsi Türkiyə ilə münasibətlərin bərpasına yaxşı imkan yaradır”””


Aydın Mirzəzadə: "İsrailin üzr istəməsi  Türkiyə ilə münasibətlərin bərpasına yaxşı imkan yaradır"
ABŞ prezidenti Barak Obamanın İsrailə səfərini bölgəki siyasi proseslərə müdaxiləsi kimi dəyərləndirmək olar. Onun vasitəçilyi ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Benyamin Netanyahu arasında telefon danışıqları və ikincinin üzr istəməsi dünyanın diqqət mərkəzinə çevrilən mövzulardan olub.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Facebook”” üzərindən buna münasibətini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğana zəng vuraraq, 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə edilmiş hücuma görə üzr istəyib və zərərçəkənlərin ailələrinə təzminat ödənəcəyini vəd etməsi, eyni zamanda, İsrailin Qəzza bölgəsinin blokadasını yüngülləşdirməyə də söz verməsinin dünyanın bütün kütləvi informasiya vasitələrinin bir nömrəli xəbərinə çevirlməsini vurğulayan millət vəkili olayın sadəcə günün hadisəsi statusunda qalmayıb, regionda situasiyanı ciddi şəkildə dəyişəcək bir prosesin başlanğıcı olacağını qeyd edib.

“Türkiyə və İsrail dünyanın üzdə olan ciddi siyasi oyunçularındandır. Bu iki nüfuzlu ölkənin münaisəbtlərindən bir çox məsələlər asılıdır. Məhz “”Mavi Mərmərə”” məsələsindən sonra Yaxın Şərq düyünü daha da bərk bağlandı. Onların qarşıdurması isə onların özləri ilə yanaşı digər ölkələrin də ciddi problemlərinin yaranmasına səbəb oldu”-deyə Aydın Mirzəzadə fikrilərini paylaşb.

İki ölkə arasında yaşanan gərginliyə toxunan deputat: “Əslində hər iki ölkənin soyuq münasibətinin yaranması da anlaşılan deyildi. Düşünülməmiş addımlar gərginliyin yaranmasına və eyni istiqamətdə gedəsi ölkələrin düşmənçiliyinə səbəb oldu. İsrail və Türkiyə birgə görəcəkləri layihələr dondurulmuş oldu, zaman və imkanlar itirildi”- deyə ifadə edərək, İsrailin üzr istəməsi vaxti ilə olmuş münasibətlərin bərpasına yaxşı imkan yaratdığına, dondurulmuş bir çox məsəllərəri həll etməyin mümkün olacağına ümid etdiyini bildirib.

Aydın Mirzəzadə “Facebook”-dakı səhifəsində daha sonra bunları qeyd edib.
“İlk növbədə Fələstin məsləsinin həllinə imkan yaranır, İsrailin ortaya istək qoyması,Türkiyənin reginodakı nüfuzu, maraqlı qüvvələri birləşdirməyə imkan verər. Resurslar biri-birini zəiflətməyə deyil, bir-birini anlamağa istiqamətlənəcəkdir.

Bu iki ölkənin münasibətlərinin yaxşılaşdırılması digər dövlətlərin də əməkdaşlıq və problemlərin həllinə birgə işləməyə şərait yaradacaqdır”.

Tünzalə, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir