Azərbaycan futbolunun region başağrısı


.Azərbaycan futbolunun  region başağrısı
Dərmanı dərd bilən futbol biliciləri

Azərbaycanda efirə gedən futbol haqda verilişlərinin sayı yetərincə olsa da, bəziləri keyfiyyət cəhətdən çox-çox geridə qalır. Futbol qurumlarının işini şişirtməyə yönələn verilişlər arasında ilk yeri ATV kanalında efirə gedən “Football-time” tutur. Bu verilişin aparıcısı əvvəllər “Neftçi” klubunun mətbuat katibi və eyni zamanda “Space” kanalında efirə gedən “Qol” verilışinin aparıcısı olmuş Elnur Əşrəfoğludur. Azərbaycan dilində futbol termini tapa bilmədiklərindən bu verlişi ingilis dilində adlandırıblar. Məqsədim bu deyil, Elnur bəyin aparıcı olduğu verlişdə gedən muzakirələrin bəzi klublarımıza qarşı soyuq müharibə olduğunu nəzərinizə çatdırmaqdır. Bunun isbatı olaraq Elnur bəyin son verlişdə buraxdığı “quşları” nəzərinizə çatdıram.

26 noyabrda Elnur bəyin qonağı “AZAL” futbol klubunun əvəzedici heyətinin baş nəşqçisi Nazim Əliyev, “Komanda” qəzetinin baş redaktoru Natiq Müxtarlı və “Bakı” futbol klubunun futbolçusu Elvin Məmmədov olmuşdur. 14-cü turun muzakirələri aparılan bu verlışdə bir çox ittihamllar və bəzi klubların şəninə şişirdilmiş təriflər səsləndirilib. Beləliklə, ilk olaraq “Simurq”-“İnter” qarşılaşması haqda gedən ittihamlar haqda:

Elnur bəy iddi edir ki, “ “İnter” bilərəkdən “Simurq”a uduzub. Həm də “Topaz” bu oyunu qəbul etməyib. “İnter”in baş məşqçisi Kaxaber Sxadadze uduzacaqlarını bildiyindən bu oyuna bilərəkdən gəlməyib. Bu komandalar qardaş komandalardır və sponsorları da eynidir. Azərbaycanın digər klub rəhbərləri AFFA və PFL-ə birgə bu oyunu araşdırmalıdır. Bu iki komandadan biri çempionatdan uzaqlaşdırılmalıdır. Hər hansı azərbaycanlı gedib Bolqarıstanda və ya Gürcüstanda bu işlə məşğul ola bilməz”.

Elnur bəyə cavab olaraq bildirmək istəyirəm ki, ilk pillədə gedən komanda nədən uduzmalıdır? Deyək ki, bu gün “İnter” üç xalı hədiyyə etdi, bəs o qalan xallar hardan gəldi? Bəlkə “Simurq” onları da pulla alıb? Xeyir, “Simurq” gözəl futbol oynayaraq ilk pillədə qərarlaşıb. Bu bəzilərini qıcıqlandıra bilər, hətta bundan sonra onlara qarşı haqsızlıqların da şahidi olacağıq. “Topaz” məsələsinə gəldikdə isə bu Azərbaycan futboluna qara ləkədir! Bu yalnız futbol qurumlarında oturanların ciblərini doldurmaqdan başqa bir şey deyil.

Əgər bir insanın valideyninin vəziyyəti pisləşərsə o, şəxs əlində olan bütün işi atıb valideyninin yanında olacaq. “Inter”in baş məşqçisi də öz üzərinə düşəni edib və əminəm ki, onun yerinə siz də olsaydınız eyni addımı atardınız. Qardaş komandalara gəldikdə isə “Nertçi” və “Sumqayıt”da qardaş komandalardır və hər ikisi AFFA tərəfindən idarə olunur. Niyə bu barədə bir kəlmə demirlər, amma “Simurq” barədə deyilir. Bu sponsorlara çox sağ ol deməliyik ki, Zaqatala kimi bir yerdə futbolun yox olmasına imkan vermırlər və Şimal zonamızın futbol azərkeşlərini futbolsuz qoymurlar.

Azərbaycanda futbol qurumlarının tapşırığı ilə tapşırılan oyunlar çoxdur. Onları araşdıran bir qurumsa yoxdur. AFFA və PFL-də yoxlamalar aparılsa, nə qədər qanunsuzluqların üzə çıxacağını görərik. Bunlardan danışmaq və mübarizə aparmaq lazımdır, lakin buna diqqət yetirmək yerinə “Simurq”u günahlandırırlar. Çünki onlar əyalət komandası olaraq ilk pillədə qərarlaşıb.

“Simurq” komandasının çempionatdan uzaqlaşdırılmasına bu gün seyrçi qalıblar. Bu o komandadır ki, heyətində Azərbaycanlı futbolçuların çoxluq təşkil edir. O komandadır ki, millinin son oyununda ən yaxşı futbol numayiş etdirən Rasim Ramadalovu milliyə bəxş edib.

Prezidentin regionlarda futbolun inkişaf etdirilməsi barədə göstərişinə belə məhəl qoyulmur. Onsuz da hər il bölğələrdə bir futbol komandasını tarixin yaddaşına göndərilir. “Masallı”, “Mugan”, “Abşeron”… İndi də növbədə “Simurq”dur. Futbolun taleyi tapşırılanıar efirdən bəh-bəhlə bunamı inkişaf deyir?

Hər hansı azərbaycanlı Bolqarıstan və ya Gürcüstanda futbol sahəsində işləyə bilməz. Bunu onlar doğru deyirlər. Çünki bizdə belə mütəxəssislər hələ yetişməyib. Bizim mütəxəssisləri ancaq pul maraqlandırır. Əğər tamahkarlıq imkan versə, mütəxəssislərimiz də legioner həyatı yaşayacaqlar.

Natiq Müxtarlının dediklərinə fikir verək: “”Simurq”un uduzacağını əvvəlcədən “Rekord.az” az saytı yayıb və “Simurq”un altilıqda olmasını və onlara kömək etməsini “İnter” istəyir. Bu komandaların bir-biriylə keçirdikləri oyuna azərkeşlər gəlməməlidir. Çunki bu oyun Azərbaycan futboluna ləkədən başqa bir şey deyildir və futbolumuza heç bir xeyir verməz. Birinci dövrədə də bu oyunda olduğu kimi ilk qol 52-ci dəqiqədə və eynə şərtlər daxilində buraxılır. Oyunda sarı vərəqənin olmaması bu oyunun danışılmış olduğuna sübütdür. “Simurq” altılığa düşərsə 6 xal “İnter”in olacaq və digər klubların haqları yeyiləcək.”Simurq”un altılığa düşməsi heç nə yaxşı vəd eləmir. Gürcü məşqçilər Azərbaycanda al-verlə məşğuldurlar. Onları göndərin Tiflisə qoy getsinlər orda alver etsinlər.

Hörmətli Natiq bəy, idman mətbuati bu cür yalan məlumatları bundan qabaq da yayıb və onların verdiyi proqnozlar öz əksini tapmayıb. Bu dəfəki yalan və böhtan da onlardan biridir. Altılıqda hərə özü üçün mübarizə aparacaq. Əgər “Simurq” Avropaya vəsiqə qazana bilərsə nədən hər bir komandanın arzuladığı Avropadan bilərəkdən imtina etsın? Azərkeşləri stadiona gəlməməyə çağırırsınız. Niyə hakim səhvləri ilə bol lan oyunlarda bunu dilinizə gətirmirsiniz? “İnter” və “Sinurq”un Azərbaycan futboluna verdiyi səmərələri görmürsünüzsə sizə sözüm yoxdur. Son illərdə bir çox gənci yetirib müxtəlif milli komandalarımıza bəxş etmək futbolumuza xeyirli deyilmi? Heyətini əcnəbilərlə dolduran və uşaq futbolu yox dərəcəsində olan klubları futbolumuzun inkişafı kimi görürsünüz?

Bi il bu komandalar arasında keçirilən hər iki oyunda qol 52-ci dəqiqədə vurulubsa buna oyunçular neyləsinlər? Bu təsadüfdən başqa bir şey deyil. Məgər meydanda olan oyunçularda saat varmı ki, onlar baxıb 52-ci dəqiqəni gözləyərək qol buraxsınlar? Bəlkə stadionun diktoru 52 ci dəqiqənin olduğunu mikrafonla futbolçuların nəzərinə çatdırıb? Oyunda sarı vərəqənin olmaması isə alqışa layiqdir. Yoxsa bilərəkdən bir-birini zədələməklə futbol oynanılmasınınmı tərafdarırısınız? “Bakı”-“Neftçi” oyununu bundan maraqlı sayırsınız. Hakimin “Baki” klubuna qarşı etdikləri haqsızlıqların və onların qapısına yersiz təyin olunan penaltinin tərəfdarısınızmı?

Gürcü məşqçiləri oyun alqı-satqısında ittiham edirsiniz. Maraqlıdır, bu işdə onlara siz köməklik etmisiniz ki, indi də belə iddialı danışırsımız? Gürcü məşqçilərin qovulmasını istəyirsiniz, amma nədən? Azərbaycanda hal-hazırda güclü olan məşqçilər sirasında ilk yerdə onların olmasına görəmi? Yoxsa onların rəhbərliyi altinda olan komandalar çempionatımızin turnir cədvəlində ilk yerlərə sahib çıxdıqlarına ğörəmi? Bəlkədə futbol qurumlarının haqsız təzyiqlərinə məruz qalmalarına baxmayaraq, postundan getməmələrinə görə onları ittiham edirsiniz?

“Simurq”-“İnter” oyunu barədə Elnur bəy futbol mütəxəssisi olan Nazim müəllimin və futbolçu Elvinin rəy bildirməsinə şərait yaratmadı. Bundan əlavə Elnur bəy Ramin Musayevin vəkilliyini də unutmadı və ona sadiqliyini bir daha futbol ictimaiyyətinə göstərdi. Bundan əlavə Neftçi fanatlarının “Baki” ilə oyundakı kadrlarını əldə etdiklərini nəzərə çatdıran Elnur bəy bu kadrların haradan və kim tərəfindən əldə olunduğunu dilinə gətirmədi. Çunki, PFL tərəfindən gizli saxlanan kadrlar yalnız orada çalışanlar tərəfindən əldə oluna bilər və bu da yalnız “Neftçi” klubu üçün olacaq. Bu “Neftçi”nin PFL- in bir qolu olduğuna işarədir.

Ramin Kazımov


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir