Azərbaycan prezidenti İlham Əliyev üçüncü dəfə baba oldu


Azərbaycan prezidenti İlham Əliyev üçüncü dəfə  baba oldu

Prezident İlham Əliyev üçüncü dəfə baba olub. Onun kiçik qızı Arzu Əliyevanın oğlunun dunyaya gəlməsi haqda lent.az məlumat verib.

Arzu Əliyeva Rusiyadakı Azərbaycan əsilli iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin təməlini qoyanlardan biri, mərhum Aydın Qurbanovun yeganə oğlu Səməd Qurbanovla ailə həyatı qurub. Cütlüyün toyu ötən ilin sentyabrında Bakıda keçirilib.

Xatırladaq ki, prezidentin böyük qızı , Rusiyalı iş adamı Araz Ağlarovun oğlu Emin Ağalarovla evli olan Leyla Əliyevanın Mikayıl və Əli adlı iki əkiz oğlu var.

Təbrik edirik!

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir