Azərbaycan Topaz Premyer-Liqasının 22-ci turu keçirilib


Azərbaycan Topaz Premyer-Liqasının 22-ci turu keçirilib
Gəncənin “Kəpəz” klubu Bakıda “Dalğa arenada” Zaqatalanın “Simurq” klubunu qəbul edib. Oyunun ilk hissəsində gəncəlilər hesabı açsalar da ikinci hissədə zaqatalılar hesabı bərabərləşdirə biliblər və oyun 1-1 hesabı ilə başa çatıb.
Bakının “İsmət Qayıbov” adına stadionunda Tovuzun “Turan” komandası ilə paytaxtın “Neftçi” komandası qarşılaşıb. Kəsgin keçən oyunda bakılılar 3-2 hesabı ilə qalib gəliblər.

Paytaxda keçirilən daha bir oyun “AZAL” arenada baş verib. Yerli “AZAL” komandası Qəbələnin eyniadlı komandasını sınağa çəkib. Ev sahibləri üçün ilk altılıqa düşmək uğrunda əhmiyyətli olan oyunda “Qəbələ” komandası gözlənilmədən 6:1 hesabı ilə məğlub olub.

İlk altılıqa düşmək uğrunda gedən oyunlardan biri də Lənkəranda “Fırtınalar meydan”da baş tutdu. “Xəzər-Lənkəran” “Sumqayıt” komandasını sınağa çəkib. Oyunda iki dəfə önə çıxan qonaqlar hakim ədalətsizliyi nəticəsində oyunu bərabərliklə başa vurmağa məcbur olublar-2:2.

İlk altılığa düşmək uğrunda mübarizə aparan paytaxtın “Bakı” komandası son zamanlar dağılmaq təhlükəsi ilə üzləşən “Rəvan”i qonaq edib. Oyunda ilk qolu vuran “Rəvan” komandası sonda meydanı məğlub durumda tərk edib- 2:1.
Turun son görüşü “Tofiq Bəhramov” adına Respublika stadionunda “Qarabağ” və “İnter” komandaları arasında baş tutub. Olduqca gərgin keçən oyunda hesab açılmayıb-0:0. Oyunun sonunda xoşagəlməz hadisələr yaşanıb və “İnter”in oyunçuları meydana aidiyyatı olmayan şəxslər tərəfindən döyülublər.

Ramin Kazımov


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir