Azərbaycanda MediaGroup.az adlı sayt fəaliyyətə başladı


Azərbaycanda MediaGroup.az adlı  sayt fəaliyyətə başladı
Azərbaycanda media ailəsinə daha bir sayt qoşuldu. Mediagroup.az adlanan saytı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri açıb. Bu haqda məlumatı saytın tələbə baş redaktoru Azər Ağayev verib.

Jurnalistika fakültəsi tələbələrinin poliqonuna çevriləcək və əli qələm tutan gənclərə tribuna olacaq sayt ölkədə və dünyada baş verən xəbərlərlə yanaşı, analitik təhlillərə də yer ayıracaq. Bundan əlavə Mediagroup.az saytının video bölməsində gənc jurnalistlərin hazırladıqları verilişlər, eləcə də apardıqları sorğular təqdim ediləcək.

Mediagroup kimi bir iddialı adla mətbuat aləminə atılan gənc həmkarlarımızın yaratdığı sayt bir çox oxucu kütləsini ətrafında toplayacağına inanırıq. Adını imzalar və istinadlar sırasına yazdırmaq diləyilə, “Xoş gəldin, Mediagroup.az!””

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir