Azərbaycanlı gənclər «Etnoraduqa 2013 » festivalında iştirak ediblər


Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu (AMİİF) “Etnoraduqa ” III Beynəlxalq ənənəvi mədəniyyət və sənətkarlıq festivalında iştirak ediblər. Festival 21-25 mayda Kaluqa vilayətinin Borovsk şəhərində keçirilib.

Bu ilki “Etnoraduqa ” III Beynəlxalq ənənəvi mədəniyyət və sənətkarlıq festivalı dialoq və inkişaf naminə Ümumdunya mədəni müxtəliflik günü və YUNESKO-nun “Qeyri- maddi mədəni irsin saxlanması konvensiyası”nın (2003 ) 10 illiyinə həsr olunmuşdu.

Darya Braudo Rusiya Azərbaycan Mədəniyyəti İnkişafı və intibahı fondu adından çıxış edərək təşkilatçılara göstərdikıri diqqətə görə təşəkkürünü bildirib, onlara gələcək işlərində uğurlar diləyib.

Festivalda Azərbaycan mədəniyyəti fondunun gəncləri konsert proqramında çıxış ediblər. Mahnur Səfiyeva, Elgün Bədəlov və Rövşən Elçiyevin ifaları Rusiya, Belorusiya, Ukrayna, Moldova, Nigeriya və digər bölgələrdən olan nümayəndələr tərəfindən maraqla qarşılanıb. Müxtəlf mədəniyyətlərin vahid ailəsində Azərbaycan mədəniyyətini nümayiş etdirən gənclərimiz bu festivalda aktivliyi ilə seçiliblər.

Tünzalə
Yenises.ru

Azərbaycanlı gənclər  «Etnoraduqa 2013 »   festivalında iştirak ediblər
Azərbaycanlı gənclər  «Etnoraduqa 2013 »   festivalında iştirak ediblər
Azərbaycanlı gənclər  «Etnoraduqa 2013 »   festivalında iştirak ediblər


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir