AzərRos “Rusiyanın tarixində azərbaycanlıların rolu” mövzusunda elmi-praktik konfrans keçirdi


AzərRos  “Rusiyanın tarixində azərbaycanlıların rolu” mövzusunda elmi-praktik konfrans keçirdi
Konfransda Rusiyanın tarixində azərbaycanlıların rolundan, onların elmi-exniki, nəzəri bilikləri ilə yaşadıqları ölkənin inkişafına verdiyi töhvələrdən söz açlıdı. Ayrı-ayrı azərbaycanlıların Rusya tarixi və mədəniyyəti qarşısında əvəzsiz xidmətləri sadalandı. Rusiyalı siyasi xadimlər “Qarabağ Azərbaycana qaytarılmalıdır””-dedilər. “”Dumada niyə azərbaycanlı deputat yoxdur?””, “”Erməni lobbisi daha məhsuldar işləyir””, Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonu necə oldu?-suallarına da cavab axtarıldı.

Moskva. Yenises.ru. Moskva Millətlər evində Rusiya Azərbaycanlıları Federal milli mədəni muxtariyyətinin (AzərRos) təşkilatçılığı ilə “Rusiyanın tarixində azərbaycanlıların rolu” mövzusunda elmi-praktik konfrans keçirildi. Rusiyanın tanınmış ictimai-syasi xaidmlərinin iştirakı ilə baş tutan konfransda Rusiyanın tarixində Azərbaycan və azərbaycanlıların rolu, dövlətlərarası və millətlərarası münasibətlər fonunda inkişaf və perespektivlər, həlleidci məqamlarda atılacaq addımlar müzakirə müstəvisinə çıxarıldı.

Elmi-praktik konfransı AzərRos-un prezidenti Asif Məhərrəmov açaraq dəyirmi masa arxasında toplaşanları yığıncağın gündəliyi ilə tanış etdi. Diaspor rəhbəri “Rusiya tarixində azərbaycanlıların rolu”na həsr olunmuş konfransın məhz Aərbaycanın müstəqillik günü və AzərRos-un yaranmasının 15 illiyi ərəfəsində keçirilməsinin təsadüfi olmadığını vurğuladı.

O, milli münasibətlərin həssas bir dönəmdən keçdiyi, Ukrayna hadisələrinin keçmiş MDB dövlətləri arasındakı münasibətlərə təsir etdiyi bir vaxtda belə görüş və müzakirələrin səmərəliliyini qeyd etdi. A. Məhərrəmov bu tipli elmi-praktik konfransların Rusiya-Azərbaycan münasibətlərinə ikiqat dəyər qatacağını və Rusiyanın ayrı-ayrı regionlarında vaxtaşırı təşkil ediləcəyini açıqladı.

Rusiya Xalqlar Dosluğu universitetinin dosenti Oktay Hüseynov Rusiya-Azərbaycan münasibətlərinin tarixinə həsr olunmuş məruzəsində Azərbaycan Demokratik Respublikasının bərqərar olunmasından ətraflı söz açdı. O, xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin müəyyən mərhələləri, Qarabağın ışğalı, “Xocalı faciəsi”ndə 366-cı hərbi diviziyanın bilavasitə iştirakı kimi məsələlərin üzərində dayandı.

Oktay Hüseynovun məruzəsindən sonra konfransın proqramına uyğun olaraq Böyük Vətən müharibəsi illərində Azərbaycanın maddi və mənəvi resuslarının orduya yönləndirilməsindən, Bakı neftinin müharibədə istifadə ediən texnikanı yanacaqla təmin etməsindən, 3 milyona yaxın azərbaycanlının savaşa gedib, yarısından çoxunun o savaş meydanında canını qoyaraq geri dönməməsindən bəhs edən “Unudulmuş qəhrəman” sənədli filmi göstərildi.

Sonrakı müzakirələr “Unudulmuş qəhrəman” sənədli filmindən yol alaraq Azərbaycanın Böyük Vətən müharibəsi, müharibədən sonra bərpa illəri, sovet və müstəqillik dövrlərində Azərbaycan, onun Rusiya iqtisadiyyatına verdiyi vəsaitlə yanaşı, tutduğu mövqə konfrans işturakçıları tərəfindən analiz edildi.

“Avroasiya ideyaları emalatxanası” elmi təhqiqat fondu ekspertlər şurasının sədri Qriqoriy Trofimçuk azərbaycanlıların Rusiya mədəniyyəti, iqtisadiyyatı və ictimai həyatına verdiyi töhfələrdən danışaraq, filmin haqlı olaraq Böyük Vətən müharibsədində Azərbaycanın rolu deyilində ilk onun qəhrəmanlarından söhbət açılmasıyla başlamasını təqdir etdi.

“Azərbaycanın Rusiyanın iqtisadiyyatına verdiyi töhfəni təkcə neftlə məhdudlaşdırmaq doğru olmaz. Müharibədən sonrakı bərpa illərində Tümen neftinin kəşf olunması və bundan əlavə iqtisadi-siyasi, ictimai-mədəni sferada da Rusiyanın inkişafına böyük səmərə gətirən azərbaycanlılar var, bir çoxlarının konkret adlarını çəkmək olar”.

Natiq çıxışında bu günkü Azərbaycan hökümətinin siaysətinə də toxunaraq respublikanın dini radikalizmdən uzaq bir siyasət yürütdüyünün Ruisya üçün az əhəmiyyətli olmadığını dedi.

“Rusiya tərəfinin istər Xocalı faciəsi, istərsə də Qarabağ məsələsində anlaşılmaz mövqe sərgiləyir, insanların yaddaşından məqsədyönlü şəkildə sanki keçmiş və müasir tarixi silmək istəyən qüvvələr var. Bu yolverilməzdir”. Bunları da Trofimçuk söylədi.

“Rusiya problemini ukraynalı və beloruslardan daha çox azərbaycanlıların başa düşüb və dərk etməsinə şahid olduqca, bu məni çox təəccübləndirmişdi. Və o zamandan bu xalqa rəğbətim artmışdı”. Azərbaycanlılar haqqında bu fikri siyasi xadim “Ruslar Azərbaycan və azərbaycanlılar haqqında” kitabın həmmüəllifi Aleksandr Sevastyanov dilə gətirdi.

O, Rusiyanın tək bir güllə atmadan Krımın geri qaytarması siyasəti ilə işğal olunmuş Qarabağ arasında paralellər apararaq, “Qarabağ da öz sahibinə-Azərbaycana qaytarılmalıdır”-dedi.

Konfransa çıxış edənlər: Sosial idarəemə araşdırmalar ali məktəbinin prorektoru, tarix elmləri doktoru Oleq Kuznetsov, “Qafqaz xalqları ümumrusiya ictimai hərəkatı ali konqresinin sədri, ictimai palatanın üzvü ”Aslanbek Paskaçev, Azərbaycan rus icması sədrinin müavini Viktor Tatarenko, Samara vilayət ictmai palatanın üzvü, Rusiya azərbaycanlıalırnın federal milli mədəni muxtariyyətinin vitse-prezidenti, Samara vilayəti azərbaycanlılar Liqasının sədri Şirvan Kərimov, Rusiya dövlət sosial universitetinin fəlsəfə elmləri doktoru, professor İbrahim Məlikov, “Natsional” mətbuat nəşriyyatı holdinqinin sədri, eyniadlı jurnalın baş redaktoru Rüstəm Arifcanov və başqaları Azərbaycan-Rusiya münasibətləri çərçivəsində azərbaycanlıalrın Rusiyanın inkişafına verdiyi əməkdən, milli və dövlətlərarası əlaqələrdə dövlətimizin və xalqmızın tutduğu mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərindən söz açdılar.

Elmi-praktik konfransda Rusiya Dövlət Dumasında azərbaycanlıları təmsil edən deputatın olmamasından, Ümumrusiya sərgi mərkəzində Azərbaycan pavilyonunun yoxluğundan”, “Bakıya “Qəhərman şəhər adı” verilməsi, Jirinovskinin Azərbaycan və azərbaycanlılar haqqında təhqiramiz ifadələr işlətməsinin cəzasız qalmayacağı, Azərbaycan diasporları çox işlər görsə də, ermənilərdən fərqli olaraq maraqlarının istiqamətini hələ də qismən doğru müəyyən edə bilmədikləri kimi fikirlər səsləndi.

Sonda Sonda AzerRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya və Azərbaycan münasibətlərinin tarixi kökünün uzun əsrlərə dayandığını vurgulayaraq, hər iki dövlət arasındadkı əlazələrin hər zaman dosluq və qarşlılıqlı anlaşma üzərində qurulduğunu qeyd etdi.

“Azərbaycanlılar dostluq münasibətlərinə hər zaman sadiq olublar. Azərbaycan dövlətinin siyasi platforması da bu zəmin üzərində inkişaf etdirilib. H.Əliyevin zamanından təməli daha da möhkəmlənən bu qarşlılqlı anlaşmalı münasibəti hazırkı Azərbaycan prezidenti İlham Heydər oğlu davam etdirir”.

Bunları söyləyən Abbas Abbasov Jirinovskinin xalqımız haqqında təhqiramiz sözlərini də şərh edərək, millətlər arasına nifaq salmaqla məşgul olan, o, hansı anadan dünyaya gəldiyi bilinməzə qarşı sonuna kimi savaşacağını dedi.
Abbas Abbasov konfrans iştirakçılarının hər birinə təşəkkür etməyi də unutmadı.

Konfransda yekun olaraq bütün iştirakçıların yekdil rəyi ilə Bakıya “Qəhərman şəhər” adı verilməsilə bağlı qətnamə hazırlanması qərara alındı.

Tünzalə Vəlqızı, Moskva

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir