AZƏR RƏSULZADƏ-1OO.


AZƏR RƏSULZADƏ-1OO.
i]Atəşgədələr, fırtınalar yavrusu Azər…
Yorğun gözü həsrətli üfüqlər kimi dalğın…”[/i]

Hüseyn Cavid “ Azər” poemasından.

Bu gün Azərbaycan tarixini əsarətdən qurtaran, ona ilk dəfə istıqlaliyyət tamı dadızıdıran şərəfli bir Nəslin nümayəndəsi, M.Ə.Rəsulzadənin sonbeşik oğlu Azər Rəsulzadənin 100 –cü doğum günüdür. Azər Bəyin dünyaya gəlişi Azərbaycan Cümhuriyyətinin üzərinə qara əllərin uzandığı, rus bolşevik istilasının onunvarlığına son qoyduğu məşum ilə tuş gəlir. Bu məşum tarixdə baş verənlərin ağır yükünün bu ailəyə nələr çəkdirəcəklərindən Atasının qulağına adını pıçıldayıb: Sən Azərsən dediyi bu kiçik körpənin olacaqlardan nə xəbəri ola bilərdi ki?!

Son dəfə evdən tələm-tələsik çıxarkən sevimli qarısı Ümbülbanunun təlaşlı üzü, adını Azər qoyduğu körpəsinin heç nədən xəbəri olmayan mışıl-mışıl yatışı, gül üzünə dodaqlarıyla toxunarkən azacıq qımıldanması bir daha təkrarlanmayacaqdı… Görüş qiyamətə qalacaqdı…
AZƏR RƏSULZADƏ-1OO.
Və o qiyamət günü bir gün olcaqsa, 1920-ci ildə dünyaya gəlmiş bu körpənin və ailəsinə sonralar çəkdirilən insan ağlına gəlməyən işkəncə və əzablara, qəbirləri bilinməyən Anası Ümülbanu Xanım, Nənəsi Maral, bacıları Lətifə və Xalidə, qardaşı Rəsula yaşadılan müsibətlər qarşısında Allah da, qiyamət günü də, başını aşağı dikməli, utanması lazım…

Qiyamət günü nədir ki, bu ailəyə çəkdirilən zülm və işkəncə qarşısında?!

Hər dəfə Məhəmməd Əmin Bəyin Ankarada xəstəxanada son nəfəsini verdiyi anı düşünürkən nədənsə ağlma tək bir şey gəlir. Əmin Bəy son nəfəsində Azər… deyib, onun qoxuladığı gül üzünü gözləri önünə gətirib. Çünki bu nəslin son yarpağıydı Azər. Bircə dəfə üzünü görməsinə rəğmən itirdiyi ailəsinin tək qoxusuydu Azər burnunda tutduğu və sağ qalan.

Komada olub, olmayıb Əmin Bəy həmin anda fərq etməz. İnsan ruhunu yenməyə nə komanın gücü çatar, nə də Əzrayılın bəzi məqamlarda.
AZƏR RƏSULZADƏ-1OO.
Babası Hacı Axund Ələkbərlə yanaşı dəfn olunmaq səadətinə qovuşan nəvə Azər… Sən bir səadətinə baxın bu ailənin?!

Azər Bəy olduqca istedadlı birisi olub. Gözəl rəssam, həm də tarzən ruhu daşıyıb. Hər dəfə şəkillərindən boylanan olduqca ciddi üz quruluşu Tunc Adam təsiri bağışlayıb mənə həmişə.

Bu ailənin biri- biriylə müxtəlif illərdə fasilələrlə üz-üzə, biri- birinə toxunduqları vaxt, zaman on il belə olmamışdır. Ailəyə çəkdirilənlər nə qələmə sığar nə də göz yaşına. Amma Onların zülm, istibdad önündə sınmayan mətin iradələri adamı dəhşətə gətirir, qibtə edirsən bu istibdadın sındıra bilmədiyi ruha, əqidəyə. Rəsulun, Ümülgülsüm Xanımın zindanda yazdıqları şeirlərindən boylanan da bu ölməz ruhdur. İstiqlal ruhlu bu Ocaqdan olub dünyasını dəyişənlərin ruhları şad olsun hər zaman.

İşıqlar içində yat, Azər Bəy!

Məhəmməd İsrafiloğlu.
15.06.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir