Azərbaycan diasporunun tanınmış rəhbəri Sərraf Məmmədov vəfat edib


Azərbaycan diasporunun tanınmış rəhbəri  Sərraf Məmmədov vəfat edib
Ötən gecə Nijni Novqorod xəsətəxanalarının birində tibbi əməliyyatdan sonra İvanov şəhər dumasının deputatı Sərraf Əbüflət oğlu Məmmədov vəfat edib.

Azərbaycan diaspor təşkilatlarından birinin rəhbəri və eyni zamanda tanınmış iş adamı olan 55 yaşlı Sərraf Məmmədovun xərncəng xəstəliyindən əziyyət
çəkdiyi deyilir.

Sərraf Məmmədov 1965-ci ildə Azərbaycannın Füzuli rayonunun Mandı kəndində (Pirəhmədli sovetliyi ) doğulub. Sovet ordusu sıralarında hərbi xidmətini Yarsolavl şəhərində başa vurub. İvanov inşaat mühəndisləri institununu bitirən həmyerlimiz elə həmin institutun “Tikinti materiallarə və məmulatlarının texnologiyası”” kafedrasında çalışıb. 2008-ci ildə “”dövlət və bələdiyyə idarəetməsi”” ixtisası üzrə ikinci ali təhsil alıb. Elə buradan yola çıxan həmyerlimiz İvanov şəhər dumasının 10-cu dairəsindən dördüncü və beşinci çağırışlarda deputat seçilib. 2015-ci ilin həmin seçki dairəsinin sakinlər yenidən Sərraf Məmmədova onları şəhər parlamentində təmsil etmək etimadı göstəriblər. Onun gördüyü xeyirxah işlər barədə dəfərlərlə Ruisya mətbuatında xəbərlər verilib.

Sərraf Məmmədov şəhər dumasının deputatı və ictimai fəal kimi şəhərin, vilayətin və ictimai təşkilatlların rəhbərliyi tərəfindən dəfələrlə mükafatlarla təltif olunub.

Azərbaycan diasporunun rəhbəri olaraq həmyerlilərimiz arasında da böyük hörmət və nüfuza malik olan Sərraf Məmmədovun vəfatı Rusiyada yaşayan azərbaycanlıları kədərə boğub.

Almaniyada yaşayan həmyerlimiz Məqsəd Oğuzun dediyi kimi “”İşğal altında olan torpaqlarda doğulmuş daha bir Vətən həsrətlimiz də yurdunun azadlığını görmədən bu dünyaya vida etdi””.

Mərhum həmyerlimiz ailəli idi. Ruslan və ı Elvin adlı iki oğlu var.

Biz də Rusiya ziyalıları adından tanınmış eloğlumuzun vəfatılndan kədərləndiyimizi bildirir ilə bütün Azərbaycan diasporuna və mərhumun ailəsinə, yaxınlaırna, dostarına dərin hüznlə başsağlıığı veririk!

Allah rəhmət eləsin!

Tünzalə Vəliqızı və ziyalılar adından

Məmməd İsmayıl, Ramiz Abutalıbov, Çingiz Hüseynov, Məqsəd Oğuz, Hikmət Cavadov, Anar Həsənov, Hidayət Məmmədov, Rahib Bayramov, Məhəmməd İsrafioğlu, Nazim Bayram, Abuzər Əbilov, Cəfərsadıq Abbasov, Nəsib Nəbioğlu, Azər Cahangirov, Şirvan Kərimov, Vasif Məmmədov, Maya Bədəlbəyli, Xalidə Səmədova, Validə Məmmədova, Mehriban Həsənova, Sultan Mərzili, Əşrəf Hüseynli, Əliş Əvəz, Nazim Qurbanov, Namiq Əzimov, Abuzər Bağırov, Yaşar Süleymanlı, İlham Bədəlbəyli, Mənzər Rüstəmova, Kamran Rüstəmov, Mahir Ələsgərov, Lətif Alnazarov, İlhamə Bayramova, İlhamə Qurbanova, Qüdrət Qurbanov, Qorxmaz Axundov, Müşfiq Balayev, Telman Məcidov, Elşən İbrahimov, Fərid Əkbərov, Həşim Əliyev, Tahir Hacıyev, Əli Kazımov, Alşan Zakirov, Rafael Qəribov, Rafael Babayev, Mehparə Hümbətova, Mehman Şükürov bə başqaları.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir