Azərbaycan moldovalı olimpiya mükafatçısına 50 min dollar ödədi


Azərbaycan  moldovalı  olimpiya  mükafatçısına  50 min dollar ödədi
Moldova tərəf i idmançısı Kristina Yova görə Azərbaycanın ödəmək istədiyi kompensasiyanı qəbul etməyə razılıq verib.

Ağır atletika üzrə olimpiya mükafatçısı Kristina Yov bu ilin əvvəlidə Moldovanı tərk edərək Azərbaycana gəlib və idman karyerasını burada davam etdirmək niyyətindədir.

Azərbaycanda qalmaq üçün ona veriləcək kompensasiya 50 min dollar dəyərindədir. K.Yovun keçmiş məşqçisi Sergey Krets Moldova tərəfin idmançıya Azərbaycan bayrağı altında çıxış etməyə razılıb verdiyini təsdiqləyib.

“Biz razılaşmağa məcburduq, əgər razı olmasaydıq, onsuz da bir ildən sonra Yovun Azərbaycanın adından cıxış etmək üçün tam hüqüqu olacaqdı və biz 50 min dolları görməyəcəkdik”-deyə o, aydınlaşdırıb.
Moldova Ağır Atlekita Federasiyasından məlumat veriblər ki, pul artıq idman inventarları almağa xərclənib.

Kristina Yov Olimpiada-2012-də Moldovaya bürünc medal qazandıran idmançıdır. Elə həmin il bir çox beynəlxalq turnirlərin qalibi olub və ölkəsində ilin ən yaxşı idmançısı kimi tanınıb.

O, 2013-cü ilin əvvəlində Azərbaycan yığmasında iştirak etməyə gəlib. Qeyri-rəsmi məlumatlara görə Azərbaycan ona vətəndaşlıq və bunun müqabilində bir milyon dollar təklif edib.

Əvvəllər Moldova Milli Olimpiya Komitəsi də Yovun Azərbaycana keçmək üçün böyük miqdarda pul aldığı xəbərini şərh edərkən, idmançıdan pulun yarısının onlara verilməsini istədkilərini bildirmişdilər. “Əgər sən başqa ölkəyə bir miyona satılmısansa, o zaman pulun yarısını dövlətə ver və get”- deyə Moldiva Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nikolay Pyatak bəyan edib.

Moldova Ağır Atletika federasiyasından etiraf ediblər ki, idmançının Azərbaycana getməsinin səbəbini anlayırlar. “Bilirsinizmi, burada onun təqaüdü 620 avro idi, Azərbaycanda isə 10 min avro təşkil edir. İdmançının dövrü azdır, ona görə də Kristinanı anlamaq olar”-deyə federasiya prezidenti Tudor Kasap bildirib.

Publika.md saytı məlumat verib ki, Kristina Yov iyuldan Azərbaycan bayrağı bu ölkənin idman şərəfini qoruyacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir