Azərbaycan yığması DÇ-2014 ilk seçmə oyununda heç-heçə oynadı


Azərbaycan yığması DÇ-2014 ilk seçmə  oyununda heç-heçə oynadı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilk oynunu keçirib. Tofiq Bəhramov adına Respublika stadionununda baş tutan oyunda komandamız İsrail milli komandası ilə sülh bağlayıb.

Oyunun əvvəlində komandamız inamlı oyun numayiş etdirdirərək birinci hissədə rəqibə qapımızdan qol keçirməyə imkan vermədi.

Oyunun ikinci hissəsinin başlanğıcında qapıçımız Kamran Ağayevin kobud səhvindən yararlanan Bivers Naxto hesabı açdı. Buraxılan qoldan sonra baş məşqçimiz Berti Foqts birdən-birə iki dəyişiklik etdi və bu da komandamız üçün uğurlu oldu. Oyunun 65-ci dəqiqəsində Ruslan Abışov atdığı qol hesabı bərabərləşdirdi- 1:1

Oyunun qalan hissəsində “Qarabağ”ın futbolçusu Əfran İsmayılov rəqib qapısına bir neçə zərbə endirsə də qapıçı qola imkan vermədi. Oyunda hesab sona qədər dəyişməz qaldı.

DÇ-2014-ün seçmə mərhələsi
7 sentyabr

AZƏRBAYCAN – İSRAİL – 1:1
Qol: Natxo, 50 (0:1), R.Abışov, 65 (1:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: Matey Yuq, Marko Stankin, Milan Koqey, Slavko Vinçiç (hamısı Sloveniya).

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Əli Gökdəmir, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Aqil Məmmədov, 3. Aqil Nəbiyev, 6. Elvin Məmmədov, 9. Cihan Özkara, 13. Bədavi Hüseynov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 10. Rahid Əmirquliyev, 20. Nizami Hacıyev, 21. Vladimir Levin, 22. Əfran İsmayılov.
Baş məşqçi: Berti Foqts.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir