“Azərbaycana xoş gəlmisiniz” lövhəsi erməniləri təşvişə salıb


Dekabrın 28-də Azərbaycan tərəfinin  qonşu respublikanın Gorus şəhərindən  Syunik vilayətinin Vorotan kəndiinə gedən yolda  qoyulmuş xəritə və yol işarəsi lövhəsi   Ermənistanda böyük narahatçılığa  səbəb  olub.  Bu narahatçılığı   Ermənistanın ombudsmanı Arman Tatoyan dilə gətirib.

“Həmçinin yolun həmin istiqamətində  Vorotan kəndi yaxınlığında Azərbaycan bayrağının  asılması da bura daxildir.  Bu  yaşayış məntəqələrinin sakinləri  İnsan haqları müdafiəçi aparatına   özlərinin  can təhlükəsizliyi, mal varlığı və digər həyati  əhəmiyyətli hüquqları ilə bağlı  narahatçılğını  bildiriblər”-deyə ombudsman qeyd edib.

O da bilririlir ki, Ermənistan insan haqları müdafiəsi aparatında baş verən hadisə ilə əlaqədar “ətraflı araşdırma” aparılıb.

“Məlum olub ki, Azərbaycan hərbçilərinin  “Azərbaycana xoş gəlmisiniz”  yazılı yol istiqaməti lövhəsi  Ermənistanın sərhədyanı yaşayış məntəqələrinin  ortasında quraşdırılıb.

Təsvir olunan  xəritədə  Syunik  vilayətinin  böyük bir  hissəsi və Ermənistanın  bir sıra yaşayış məntəqələri Azərbaycan ərazisi kimi  göstərilir. İstənilən halda bu belə bir təsəvvür yaratmaq üçün edilib.  Yol istiqaməti lövhəsi bir yaşayış məntəqəsini  digər yaşayış məntəqəsi ilə  birləşdirən  yolda quraşdırılıb-deyə Arman Tatoyan qeyd edib.


Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir