Azərbaycanın İrandakı səfirliyi bağlandı


Azərbaycan höküməti İrandakı səfriliyin fəaliyyətini dayandırmağı qərara alıb. Bu haqda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında məlumat verib.

“Bizim üçün çox çətin bir qərardır. İrandakı diplomatlarımızın təhlükəsizliyinin qorunmasına  ümidimiz, etibarımız və etimadımız yoxdur- deyə nazir müavini bildirib.

   Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanın  bu addımı atmasına  yanvarın 27-də  İrandkı səfrrliyimizə silahlı hücum səbəb olub. Səfriliyi hücum edən İran vətəndaşı mühafizə  xidmətinin rəhbəri Orxan Əsgərovu öldürüb və daha iki əməkdaşı yaralayıb.

 İran tərəfi  hadisənin məişət zəminində sıradan bir cinayət olduğu fikrindədir. Azərbaycan höküməti isə silahlı hücumun terror aktı olduğunu bəyan edib.

  Qeyd edək ki, Azərbaycanın Təbrizdəki Baş konsulluğu işini davam etdirir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir