Azərbaycanlı biznesmen Moskvada güllələndi


Azərbaycanlı biznesmen Moskvada güllələndiMoskvanın Qərbində azərbaycanlı biznesmen güllələnib. Yerli sakinlərin verdiyi məlumata görə güllə səsini kimsə eşitməyib.

Soydaşımız gecə saatlarında evinin pəncərəsi altında öldürülüb, lakin meyidi səhər aşkar edilib. Qətlin sifarişli olduğu ehtimal edilir.

Moskva əməliyyatçıları Moskvanın qərbində baş verən qətli araşdırır. Qatillər Slavyan bulvarı parkındakı yeraltı qarajın qarşısında keşik çəkiblər.

Moskva şəhər istintaq idarəsi rəisinin baş köməkçisi Yuliya İvanovanın verdiyi məlumata görə gecə saat 3 radələrində biznesmen maşın qarajından çıxaraq yaşadığı binanın podyezdinə yaxınlaşıb. Onu burada killer gözləyirmiş.

Biznesmenə 4 güllə atıblar. Onlardan biri -yoxlama atəşi olaraq başına vurulub.

Lakin dana bir neçə saat biznesmenin cəsədi çoxmərtəbəli binanın pəncərəsi altında qalıb. Öldürülən həmyerlimizin meyidini səhər saatlarında həyat yoldaşı aşkar edib.

Mənbənin veriyi məlumata görə öldürülən şəxs Canpolad Şamil oğlu Moskva bazarlarını meyvə-tərəvəzlə təmin edirmiş.

Yenises.ru-nun əldə etdiyi məlumata görə isə azərbaycanlı biznesmen “FutSiti”” ticarət mərkəzində pomidor biznesi ilə məşğul olurmuş. Onun adı tikinti biznesində də çəkilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir