Azərbaycanlı jurnalist Lavrovdan Rusiyanın niyə vətəndaşı Dilqəm Əsgərovun taleyilə maraqlanmadığını soruşdu


Azərbaycanlı jurnalist  Lavrovdan   Rusiyanın  niyə  vətəndaşı Dilqəm Əsgərovun taleyilə  maraqlanmadığını soruşdu
Bu gün RF xarici işlər nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında azərbaycanlı jurnalist Lavrovdan Dilqəm Əsgərovun taleyilə bağlı Azərbaycan tərəf üçün hələ də açıq olan suala cavab istəyib.

Ata-babasının qəbrini işğal altındakı doğma yudunda ziyarət etməyə gedərkən Ermənistan tərəfindən saxlanıb həbs edilən azərbaycanlı Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğu faktını da ilk olaraq dilə gətirən Lider televiziyasının Rusyadakı nümayəndəsi Anar Həsənov xarici işlər nazirindən bu suala cavab verməsini istəyib.

“Cənab nazir, görünür bu sual Rusiyanın gündəmində yoxdur, amma Azərbaycan üçün bu sual hələ açıq olaraq qalır və bizim üçün qapanmayıb. Söhbət etnik azərbaycanlı Rusiya vətəndaşı olan və bu günə kimi Ermənistan tərəfindən həbsdə saxlanılan Dilqəm Əsgərovun taleyindən gedir”
Jurnalist onu da xarici işlər nazirinin nəzərinə çatdırıb ki, haqqında danışdığı və hazırda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində saxlanılıb həbs edilən Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Sonra Anar Həsənov -“ Niyə bu günə kimi Rusiya öz vətəndaşının taleyilə maraqlanmır? Rusiya hansı prinsipləri rəhbər tutaraq bu məsələ ilə bağlı hərəkətsizlik nümayiş etdirir, öz vətəndaşının azad edilməsi üçün tədbirlər görmür, hətta bir dənə olsun belə bəyanatlar vermir?”- deyə Lavrovdan soruşub.

RF xarici işlər naziri S. Lavrov azərbaycanlı jurnalistin sualının cavabında:-“ Sizin qeyd etdiyniz kimi o, erməni tərəfindən saxlanılıb, Odur ki, biz bu məsələni erməni tərəfilə müzakirə edəcəyik“-deyə bildirib. Rusiyalı nazir onu da əlavə edib ki, Rusiyanın dünyanın müxtəlif ölkələrində saxlanılan və həbs edilən vətəndaşları var. “Biz onların taleyi ilə daima maraqlanırıq. Cinayətin ağırlığından, tərkibindən, vətəndaşımıza qarşı olan ittihamdan, saxlanma şəraitindən, ona tətbiq ediləcək tədbirlərdən aslı olaraq biz ikitərfəli sazişlərə əsaslanaraq öz tədbirimizi görürük”-deyə Lavrov qeyd edib.

Lider televiziyasının Rusiya nümayəndəsi Anar Həsənovun sualından sonra RF XİN-nin Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağına və vətəndaşının haqlarının müdafəsində hərəkətlilik göstərəcəyinə ümid edirik.

Tünzalə
Yenises.ru
21.01.2015


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir