Azərbaycanlı şairin şeirləri Stihi.ru ədəbiyyat portalının “İlin şairi”” müsabiqəsinə vəsiqə qazanıb”


Azərbaycanlı şairin şeirləri   Stihi.ru ədəbiyyat portalının  "İlin şairi" müsabiqəsinə vəsiqə qazanıb
Moskvada yaşayan azərbaycanlı şair Yavər Həsənin stixi.ru (stihi.ru) ədəbiyyat portalında çap olunan şeirləri “İlin Şairi”” (“”Poet qoda””) müsabiqəsində iştirak etmək hüququ qazanıb. Yenises.ru-nun Stixi.ru (Стихи.ру) ədəbiyyat portalının “”İlin şairi”” müsabiqəsinin təşkilat komitəsindən aldığı məlumata görə həmyerlimizin şeirləri adıçəkilən portalda dərc olunan 651887 müəllif arasından seçilərək müsabiqəyə vəsiqə qazanıb. Yavər Həsənin şeirləri içərisindən münsiflərin diqqətini daha çox çəkən isə bu iki şeir olub: “”Net na svete inaya TI”” ( “”Нет на свете иная Ты “”), “”Pravda, çistaya pravda”” (Правда, чистая правда””)

Bu müsabiqənin şərtlərinə görə “”İlin şairi”” müsabiqəsinin namizədləri şeirlərini ədəbiyyat almanaxında çap etdirmək imkanı əldə edir. Namizədlər bu almanaxa istənilən sayda və öz istədikləri şeirlərini təqdim edə bilərlər. Almanax konkurs xarakterlidir.

Bundan sonrakı-ikinci etapda almanaxda çap olunan şeirlər Böyük münsiflər heyətinin səsverməsindən keçir və 3 namizəd “”İlin şairi”” müsabiqəsinin qalibi elan edilir.

Qeyd edək ki, stixi.ru ədəbiyyat portalının Böyük münsiflər heyətinə tanınmış ədəbiyyat və mədəniyyət xadimləri daxildir. Bu siyahıda Timur Zülfüqarov, Vladimir Berzayev, Vladimir Boyarinov, Boris Qraçevski, Andrey Qritsman, İqor Volgin kimi tanınmış şəxslər var.

“”İlin şairi”” müsabiqəsinin qaliblərinin təqdimat mərasimi YUNESKO və RF nəşriyyat və kütləvi informasiya vasitələri federal agentliyinin himayəsi ilə hər il martın 21-də Ümumdünya Poeziya günü Moskva hökümətinin Böyük konfrans zalında keçirilir. Həmin mərasimdə namizədlər və qaliblər iştirak edirlər.

Yavər Həsəni belə yüksək bir müsabiqədə iştiraka layiq görüldüyü üçün təbrik edirik! Ümidvarıq ki, azərbaycanlı şairin şeirləri “”İlin şairi”” müsabiqəsinin qalibi olacaq!

Tünzalə,
14.10.2015, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir