Azərbaycanlını polis şöbəsindən buraxan polis tutuldu


Azərbaycanlını polis şöbəsindən buraxan polis tutuldu
Sankt-Peterburqun necski rayonunda azərbaycanlılarla taciklrər arasında baş verən toqquşmada saxlanılan azərbaycanlını şobədən buraxan polisə qarşı ittiham irəli sürülüb.

Xatırladaq ki ötən gün futbol oyunu zamanı azərbaycanlılarla taciklər arssında dava düşmüş və nəticədə iki nəfər tacik bıcaq yarasından ölmüşdür.

Sankt-Pererburq hüqüq-mühafiə orqanından verilən məlumata görə dava oyunu seyr edən qızlardan birinin ünvanına söyüş söyüldüyü uçun düşüb. Davada hər iki tərəfdən 20-dən çox adam iştirak edib. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Istintaq zamanı davada iştirak etdiyindən şünhələnilən azərbaycanlının birinin olmadığı aydın olub. Nəzarətçi polis əvvəl onun qaçdığını söyləsə də, sonra azərbaycanlını özü buraxdığını etiraf edib.
Azərbaycanlını buraxan polisin özü indi sorğu altındadır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir